Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 05:18

Ermənistan itkilərinə dair yeni rəqəm açıqlayıb


Dağlıq Qarabağdakı eskalasiyada Ermənistanın 3360 hərbi qulluqçusu həlak olub.

İzvestiya.ru saytının yazdığına görə bu məlumatı yanvarın 4-də Ermənistanın səhiyyə naziri Arsen Tarasyan özünün Facebook səhifəsində paylaşıb:

“Müharibənin əvvəlindən bugünədək 3360 hərbi qulluqçunun meyitləri və ya qalıqlarının məhkəmə-tibbi ekspertizası keçirilib, 2500-dən çox məhkəmə-genetik ekspertizası yerinə yetirilib”.

Tarasyan yazır ki, genetik analizatorun vasitəsilə 461 hərbi qulluqçunu identifikasiya etmək mümkün olub.

Bu da xəbər verilir ki, Dağlı Qarabağa Ermənistan ərazindən daha 130 erməni qaçqın gətirilib.

Beləliklə indəyədək Dağlıq Qarabağa qaytarlan qaçqınların sayı 47 mini keçib.

Nikol Paşinyan Qarabağda müharibəyə görə günahkarları açıqlayır
Gözlə

No media source currently available

0:00 0:04:20 0:00

İtkinlərin axtarışı davam edir

Ötən ilin sonlarında verilən xəbərlərdə deyilirdi ki, Qarabağ müharibəsində nə qədər adamın itkin düşməsinə dair dəqiq məlumat yoxdur.

Kavkazski Uzel saytı bildirirdi ki, indiyədək Rusiya sülhməramlılarına 537 itkin hərbçi ilə bağlı müraciət olunub.

Separatçıların nümayəndəsi bildirmişdi ki, meyitlərin axtarışı Şuşa, Cəbrayıl və Zəngilan istiqamətlərində davam etdirilir.

Son məlumatlara görə noyabrın 13-dən indiyədək Dağlıq Qarabağda 1069 hərbçi meyiti aşkar olunub.

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni və 5 şəhəri işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb.

Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Şərhlər

XS
SM
MD
LG