Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 08:33

Erdoğan fransalı politoloqu məhkəməyə verib


Türkiyə prezidenti Receb Tayyib Erdoğan
Türkiyə prezidenti Receb Tayyib Erdoğan

Türkiyə prezidenti Receb Tayyib Erdoğan fransalı politoloq Philippe Moreau Defargesi məhkəməyə verib.

Miliyet.com.tr saytı yazır ki, bu haqda prezidentin vəkili Hüseyin Aydın məlumat verib. Aydın bildirib ki, 4 səhifəlik iddia ərizəsini Ankaranın Baş Prokurorluğuna təqdim edib. İddiada politoloq Defargesin canlı yayında Erdoğan haqda işlətdiyi “Gördüyümüz kimi hüquqi yollar tükənib, ya vətəndaş mühabirəsi, ya demək çətin olsa da “Erdoğanın öldürülməsi” hipotezidir” sözlərinə şikayət edilib.

***Buna da bax- Erdogan Rusiyaya gedir​

İddiada Defargesin işlətdiyi sözlərə görə, onun 5237 saylı Türkiyə Cinayət Məcəlləsinin 310-cu maddəsi - “Prezidentə suiqəst və faktiki hücum” üzrə təqsirli bilinməsi istənilir.

İddiada Defargesin həm də psixi durumunun müayinəsi istənilir. Sağlığında bir problem olmasa, onun özəlliklə, PKK və FETÖ kimi hər hansı bir terror təşkilatları ilə bir bağlantısının olub, olmaması, suiqəst əmrini kimlərə verdiyinin araşdırılması, eləcə də əldə olunmuş nəticələrə uyğun olaraq, digər əlaqəli şəxslərin də istintaqa cəlbi tələb olunur.

Ankara Prokurorluğu iddianın araşdırılmasına başlandığını açıqlayıb.

***Buna da bax- Avropa müşahidəçisi Türkiyə referendumunda 2, 5 milyon səsə şübhə ifadə edib

Beynəlxalq Əməkdaşlıq İnstitutunun (İFRİ) siyasətçisi Defarges Türkiyədə keçirilən referendumun nəticələrini müzakirə etmək üçün Fransanın xəbər və iqtisadiyyat kanalı BFM Biznesdə yayınlanan “Dünyada 7 Gün” adlı proqramına qatılıb. O deyib ki, referenduma etiraz etmək üçün hüquqi yollar tükənib, etirazlar isə nəticə verməyəcək. Türkiyədə dalana dirəndiyini iddia edən Defarges “o zaman geriyə ya vətəndaş müharibəsi, ya da söylənmək çətindir amma onun (Erdoğanın) öldürülməsi qalır” deyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG