Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 23:57

Türkiyə prezidenti Racep Tayyip Erdoganın mayın 3-də Rusiyaya səfəri gözlənilir.

Bu barədə aprelin 21-də TASS agentliyi Türkiyə prezidentinin ofisinə istinadla məlumat verir.

“Hazırda belə bir səfər planlaşdırılır.Prezident Erdogan mayın 3-də Rusiyaya getmək və yəqin ki, Soçidə cənab Putinlə görüşmək fikrindədir”,prezident idarəsinin nümayəndəsi deyib.

Mənbə bildirib ki, səfərlə bağlı bütün formal məsələlər nizamlandıqdan sonra bu barədə dəqiq məlumat veriləcək.

Life.ru saytının məlumatına görə, Kremlin sözçüsü Dimitry Peskov görüşün Soçidə keçiriləcəyini təsdiqləyib.

Məlumata görə görüşün əsas mövzusu Suriyadakı vəziyyət olacaq.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG