Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:15

Ankaranın Suriya siyasəti niyə yumşalıb?


R.T.Ərdoğan Dəməşqdə. 2008
R.T.Ərdoğan Dəməşqdə. 2008

Suriya hökumətinin bəzi qorxularını aradan qaldırmaq üçün Erdoğan avqustun 19-da bildirib ki, onun ölkəsi Suriyanın heç bir ərazisini işğal etmək niyyətində deyil

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bildirib ki, Suriya hökuməti ilə Ankara arasında dialoq istisna edilə bilməz.

Təhlilçilər bildirirlər ki, prezidentin bu bəyanatı Ankaranın cənub qonşusu ilə münasibətləri yaxşılaşdırmaq cəhdlərindən xəbər verir.

Erdoğan deyib ki, Suriya barəsində növbəti addımların atılmasına ehtiyac var.

Onun sözlərinə görə iki ölkə arasında diplomatiya heç vaxt tamamilə kəsilməyib.

Əl-Cəzirə saytı yazır ki, Erdoğanın Suriya barəsində bu son bəyanatları, onun bundan əvvəlki mövqeyinin yumşalmasından xəbər verir.

Türkiyə hökuməti Suriyada davam edən vətəndaş münaqişəsində daim prezident Bəşər əl-Əsədin rejiminə qarşı çıxan silahlı müxalifəti dəstəkləyib.

Bundan başqa Türkiyə həm də Suriya silahlı müxalifətinin iştirakilə Suriyanın şimalında böyük ərazilərə nəzarət edir.

Kürd məsələsi

Bu ilin əvvəllərində Erdoğan hökuməti Suriya ilə sərhəd üzərindən hərbi təlimlərə başlayacağını elan etmişdi.

Türkiyənin Suriya ərazisində apardığı hərbi əməliyyatlar əsəsən Kürd Xalq Müdafiəsi Birliyini (YPG) hədəfləyir.

Ankara YPG birləşmələrini PKK-nın Suriya qolu hesab edir.

PKK Türkiyədə, ABŞ-da və Avropa İttifaqında “terrorçu təşkilat” kimi tanınır.

Bununla yanaşı YPG Suriyadakı Suriya Demokratik Qüvvələri (SDQ) təşkilatınının özəyini təşkil edir.

SDQ İŞİD-ə qarşı mübarizədə Birləşmiş Ştatların əsas müttəfiqi hesab olunur.

Ankaranın Suriyanın şimalına müdaxiləsi və yeni hərbi əməliyyatlarla hədələməsi onun Dəməşqlə münasibətlərini münaqişə həddinə çatdırıb.

Rusiya Suriya hökumətinin əsas müttəfiqidir.

“Suriya torpağında gözümüz yoxdur...”

Suriya hökumətinin bəzi qorxularını aradan qaldırmaq üçün Erdoğan avqustun 19-da bildirib ki, onun ölkəsi Suriyanın heç bir ərazisini işğal etmək niyyətində deyil:

“Bizim Suriya ərazisində gözümüz yoxdur, çünki Suriya xalqı bizim qardaşımızdır. Rejim bundan agah olmalıdır”.

Erdoğanın bu bəyanatlarından əvvəl Londonda mənzillənmiş Suriya İnsan Haqları Müşahidə qrupu bildirmişdi ki, Türkiyənin Suriyanın sərhəd postlarına hava zərbələri nəticəsində Suriyanın 17 sərhədçisi həlak olub.

Ötən həftə Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Suriya hökuməti ilə Suriya müxalifəti arasında barışığa çağırmışdı.

Nazirin bu bəyanatı Suriya müxalifətinin hiddətinə və etiraz aksiyalarına səbəb olmuşdu.

Müxalifət nümayəndələri deyirdilər ki, Əsəd rejimi ilə heç bir barışıqdan söhbət gedə bilməz.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG