Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:03

Türkiyə və İsrail diplomatik münasibətləri tam bərpa edirlər


İsrailin baş naziri Yair Lapid
İsrailin baş naziri Yair Lapid

Türkiyə və İsrail avqustun 17-də dörd illik fasilədən sonra diplomatik münasibətlərini tam bərpa edəcəklərini bildiriblər.

İki ölkə 2018-ci ildə səfirlərini geri çağırdıqdan sonra münasibətlərini ardıcıl şəkildə yaxşılaşdırıblar.

Səfirlər 2018-ci ildə Yerusəlimdə ABŞ səfirliyinin açılmasına etiraz edən 60 fələstinli fəal Qəzza sərhədində İsrail təhlükəsizlik qüvvələri tərəfindən öldürüləndən sonra geri çağırılmışdılar.

Reuters agentliyi yazır ki, iki ölkə arasında çoxdan bəri gərgin olan münasibətlərdə yumşalmanın bir səbəbi də enerji sahəsində potensial əməkdaşlıq imkanları olub.

İsrailin baş naziri Yair Lapidin Türkiyə prezidenti Recep Tayyip Erdoğanla görüşündən sonra onun ofisi avqustun 17-də bildirib ki, iki ölkə diplomatik münasibnətlərini tam bərpa etmək qərarına gəliblər:

"Bir daha qərara alınıb ki, iki ölkə arasında münasibətlər tam diplomatik səviyyəyə qaldırılsın və səfirlər və baş konsullar vəzifələrinin icrasına qayıtsın. Münasibətlərin səviyyəsinin qaldırılması iki xalq arasında əlaqələrin dərinləşməsinə, iqtisadi, ticari və mədəni bağların güclənməsinə və regional sabitliyin möhkəmlənməsinə töhfə verəcək”.

Regional münasibətlər

Reuters yazır ki, ötən martda İsrail prezidenti İshaq Herzoqun Türkiyəyə səfəri, onun ardınca iki ölkə xarici işlər nazirlərinin qarşılıqlı səfərləri ölkələr arasında münasibətlərin yumşalmasına kömək edib.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib ki, səfirlərin təyin edilməsi münasibətlərin normallaşmasının addımlarından biridir:

"Belə bir pozitiv addım bu səylərin nəticəsində İsrail tərəfindən atılıb və biz Türkiyə olaraq İsrailə, Tel-Əviv şəhərinə öz səfirimizi təyin etmək qərarına gəlmişik”.

Reuters yazır ki, İsrail bundan əvvəl regional güclərlə İbrahim Razılaşmaları kimi tanınan sazişlərlə Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Mərakeşlə münasibətlərini notrmallaşdırıb.

Türkiyə də 2020-ci ildən başlayaraq Misir, BƏƏ, İsrail və Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması istiqamətində addımlar atıb.

Reuters yazır ki, Misirlə münasibətlərin normallaşması sahəsində o qədər də böyük irəliləyiş olmayıb, lakin rəsmilər bildirirlər ki, Səudiyyə və BƏƏ ilə münasibətlərin normallaşdırılması sahəsində səylər davam etdirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG