Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:31

Qərb Erdoğanın Kipr planını tənqid edir


Türkiyə prezidenti Recep Tayyip Erdoğan -Nikosiya, 19 iyul, 2021
Türkiyə prezidenti Recep Tayyip Erdoğan -Nikosiya, 19 iyul, 2021

Fransa iyulun 21-də Kiprin türk hakimiyət orqanlarını adada tərk edilmiş şəhəri mümkün məskunlaşdırma üçün qismən açmaq qərarını kəskin tənqid edib.

Kiprin türk hökuməti iyulun 20-də bildirib ki, Varoşa şəhərinin bir hissəsi mülki idarəçiliyə veriləcək. Xəbərdə deyilirdi ki, adamlar bu şəhərdəki daşınmaz əmlaklarını geri ala biləcəklər.

Reuters agentliyi yazır ki, Kipr türk hakimiyyətinin bu qərarı adanın yunan sakinlərini və yunan hakimiyyət orqanlarını hiddətləndirib.

Varoşa buradakı hündür bina və otelləri ilə birlikdə indiyədək hərbi zona sayılır və ora başqalarının daxil olması qadağandır.

Fransanın xarici işlər naziri Jan-İv Drian iyulun 20-də bu məsələni özünün Kiprdən olan həmkarı ilə müzakirə edib.

Le Drian deyib ki, məsələni BMT-də də qaldıracaq.

Kipr Avropa İttifaqında yalnız özünün yunan hökuməti ilə təmsil olunub və beynəlxalq aləmdə rəsmən tanınıb.

Fransa bu ay BMT Təhlükəsizlik Şurasına sədrlik edir.

"Fransa bu birtərəfli qərardan məyus olduğunu bildirir. Qərar qəbul edilərkən heç bir məsləhətləşmə aparılmayıb və buna görə də təxribat xarakteri daşıyır və çoxdan bəri həllini gözləyən Kipr məsələsinin uzunmüddtəli tənzimlənməsi üçün təcili danışıqlara əngəl yaradır”.

Erdoğanın planı

Avropa İttifaqı, ABŞ, Britaniya və Yunanıstan da Türkiyə prezidenti Recep Tayyip Erdoğanın iyulun 20-də Nikosiyaya səfəri zamanı elan etdiyi bu qərara qarşı çıxırlar.

O bu planı “Varoşa üçün yeni əsr” adlandırmışdı.

Türkiyənin Xarici İşlər Nazirliyi bildirib ki, Avropa İttifaqının tənqidi “əsassız və etibarsızdır”, beləki adada yaranmış reallıqdan çıxış etmir və Yunanıstanın tərəfini saxlayır.

Bəyanatda deyilir ki, Aİ Kipr məsələsinin həllində heç bir müsbət rol oynaya bilməz.

İndiyədək etnik əsasda ikiyə parçalanmış adanın birləşdirilməsi cəhdləri nəticə verməyib.

Kiprin Türkiyə tərəfindən dəstəklənən türk hakimiyyəti isə bildirir ki, adada iki suveren vahid arasında saziş imzalanması yeganə çıxış yoludur.

Kipr yunanları iki dövlət prinsipinə əsaslanan planı rədd edirlər.

Onlar bildirirlər ki, belə bir razılaşma separatçı Kipr türk hökumətinə suverenlik versə də, onu yalnız Türkiyə Respublikası tanıyacaq.

Lakin Türkiyə prezidenti Racep Tayyip Erdogan deyib ki, Kiprlə bağlı sülh danışıqları yalnız bu adadakı 2 dövlət əsasında aparıla bilər.

Reütersin məlumatına görə, o bunu, iyulun 20-də Kiprin türklər yaşayan şimal hissəsinə səfəri zamanı deyib.

Ərdoğandan bəyanatlar: Türkiyə ilə ABŞ arasında gərginlik azalır
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

Qısa tarix

Qeyd edək ki, Türkiyə 1974-cü il iyulun 20-də Kiprə ordu yeritdikdən sonra ada ikiyə bölünüb.

Adanın cənubundakı Kipr respublikasını beynəlxalq aləm tərəfindən tanınır və Avropa Birliyinin üzvüdür.

Adanın türklər yaşayan şimal hissəsini “Şimali Kipr Türk Respublikası”nı isə yalnız Türkiyə tanışır.

Müstəqilliyini elan etmiş Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar iyulun 20-də Nikosiyanın tür hissəsində keçirilmiş hərbi paradda deyib ki, Varoşa qəsəbəsinin bir hissəsi hərsizləşdiriləcək və vaxtilə orda yaşamış və mülkiyyət hüququ olan yunanlar geri dönə bilərlər.

Racep Tayyip Erdoganın Kiprlə bağlı bəyanatları və beynəlxalq aləm tərəfindən tanınmayan “Şimali Kipr Türk Respublikası”ı rəhbərliyinin Varoşa şəhərinin bir hissəsini açmaq istəməsi beynəlxalq aləmin narazılığına səbəb olub.

ABŞ, Böyük Britaniya, Fransa və Avropa Birliyi bəyanat yayaraq baş verənləri pisləyiblər.

TASS-ın məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergei Lavrov da Yunanıstanlı həmkarı Никос Khristodulides-lə telefon söhbəti zamanı Kiprlə bağlı BMT təhlükəsizlik Şurasının qətnamələrinə əməl edilməsinin vacibliyini bildirib.

BMT-nin təhlükəsizlik şurası iyulun 21-də Kipr məsələsini müzakirə edəcək.

BMT-nin 1984 və 1992-ci il qətnamələrinə əsasən neytral zonada yerləşən Varoşa toxunulmaz olmalı və beynəlxalq sülhməramlı qüvvələrin müşaiyəti ilə vaxtilə orda yaşayan yunanlar geri dönməlidir.

XS
SM
MD
LG