Keçid linkləri

Təcili xəbərlər
2021, 30 İyul, Cümə, Bakı vaxtı 22:08

Erdogan Vaşinqtonu Ankaraya dəstək göstərməyə çağırdı


Türkiyə prezidenti Racep Tayyip Erdogan. foto AFP

Türkiyə prezidenti Racep Tayyip Erdoğan iyulun 20-də Birləşmiş Ştatları, Türkiyənin Kabil hava limanını qoruya bilməsi üşün maliyyə, maaddi-texniki və diplomatik dəstək göstərməyə çağırıb.

Ankara bu günlərdə bəyan edib ki, ABŞ-ın rəhbərlik etdiyi NATO qüvvələri Əfqanıstandan çıxarıldıqdan sonra Türkiyə Kabil hava limanının mühavizəsini öz üzərinə götürə bilər.

Erdogan Şimali Kiprə səfəri zamanı bildirib ki, bu məsələdə ciddi maliyyə və administrativ çətinliklər olacaq, amma Birləşmiş Ştatlar da Türkiyəyə lazimi dəstək göstərəcək.

Erdogan qeyd edib ki, bu şərtlərin yerinə yetiriləcəyi halda, Türkiyə Kabil hava limanının mühavizəsini üzərinə götürməyi düşünürdü.

Reüters yazır ki, Türkiyə ümid edir ki, Kabil hava limanında belə bir missiya ABŞ-la münasibətləri yüngüllə.dirə bilər.

Qeyd edək ki, Ankaranın Rusiyadan S-400 raketləri alması və Suriya problemi də daxil olmaqla son vaxtlar Vaşinqtonla Ankara arasında bir sıra fikir ayrılıqları yaranıb.

Beynəlxalq koalisiya qüvvələri mayın 1-dən Əfqanıstanı tərk etməyə başladıqdan sonra Taliban hərəkatı ölkə ırazidinin 1/3-ni nəzarətə götürüb.

Bundan sonra Əfqanıstandan qonş ölkələrə miqran axını başlayıb.

BMT-nin qaçqınlqr üzrə idarəsinin məlumatına görə, bu ilin yanvarından bu yana Əfqanıstanın daxilində 270 min sakin ev-eşiyini tərk edib və onların ümumi sayı 3,5 milyon nəfəri keçib.

Reüters yazır ki, hazırda Türkiyədə 4 milyondan çox miqrant var. Onların əksəriyyəti Suriyadandır.

Şərhlər

XS
SM
MD
LG