Keçid linkləri

Təcili xəbərlər
2023, 27 Sentyabr, çərşənbə, Bakı vaxtı 00:28

Erdogan "Boğaziçi Universiteti"nin rektorunu çıxarmalı oldu


Boğaziçi Universitetinin tələbələri-etiraz aksiyası

Türkiyə prezidenti Rəcəb Tayyip Erdogan İstanbulun tanınmış “Böğaziçi” universitetinin rektoru Melih Blunu vəzifəsindən kənarlaşdırıb.

Bu bardə iyulun 15-də Reuters agentliyi məlumat yayıb.

Prezidentin fərmanı iyulun 14-də rəsmi mətbuatda dərc edilib, amma əlavə detallar barədə məlumat verilmir.

Boğaziçi Universiteti, Istanbul.
Boğaziçi Universiteti, Istanbul.

Reuters yazır ki, keçmiş siyasətçi Melih Bulunun bu universitetə rektor təyin edilməsi bu ilin yanvarından başlayaraq ölkədə kütləvi etirazlara səbəb olmuşdu.

“Boğaziçi” Universitetinin tələbələri və müəllimləri, habelə difər etirazçılar ayağa qalxaraq rektorun istefasını tələb etdilər.

Onlar bu təyinatın qeyri-demokratik olduğunu bildirdilər.

Qərara qarşı çıxan tələbələr və müəllim heyəti bəyan elədilər ki, Melih Bulu-nun rektor vəzifəsinə təyin olunması qurumun qaydalarına ziddir, rektor prezident tərəfindən təyinatla yox, seçim yoluyla müəyən edilməlidir.

Boğaziçi Universitetinin tələbələri rektorun təyinatına etiraz edir
Boğaziçi Universitetinin tələbələri rektorun təyinatına etiraz edir

Az sonra bu etirazlar paytaxt Ankara və ölkənin digər şəhərlərinə də yayıldı.İstanbul və Ankara da daxil olmaqla bu etiraz aksiyaları zamanı yüzlərlə etirazçı həbs edildi.

Həmin vaxt ölkənin əsas müxalifət partiyalarının liderləri və digər aydınlar da Erdoganın bu qərarına qarşı çıxaraq, onun qeyri-demokratik olduğunu bildirdilər.

Reuters yazır ki, bu aksiyalar, 2013-cü ildən bu yana Türkiyədə baş verən ən böyük kütləvi etiraz idi.

XS
SM
MD
LG