Keçid linkləri

Təcili xəbərlər
2020, 18 Sentyabr, Cümə, Bakı vaxtı 21:02

'Bu dəfəki başqa cür qripdir' [video]


Azərbaycanda yayılan qripdən necə qorunmalı?
Gözlə

No media source currently available

0:00 0:14:39 0:00

Azərbaycanda yayılan qripdən necə qorunmalı? [video]

Son günlər Azərbaycanda qripin epidemiya səviyyəsində yayılması haqda xəbərlər yayılır.

Bu qripə yoluxanlar deyirlər ki, xəstəlik öncəkilərdən daha fərqlidir. Hətta qripdən ölənlərin olduğu haqda iddialar da var. Amma bu haqda hər hansı rəsmi açıqlama yoxdur.

Bu dəfəki başqa cür qripdir

Özünü qızdırma, boğaz ağrısı, halsızlıq şəklində göstərən bu xəstəliyə yoluxanlardan biri də 25 yaşlı Ayxan Musayevdir. Ayxan deyir ki, 4 gündür yataqdan qalxa bilmir:

"25 yaşım var, az qala ildə bir dəfə qrip oluram. Amma bu dəfəki başqa cürdür. Qripin əlamətləri olur, əvvəl halsızlaşırsan, burnun axır, sonra yatağa düşürsən. Bu dəfə elə olmadı. Axşam sağlam yatdım, səhər bir-birdən xəstələndim. Yataqdan belə qalxa bilmədim".

Buna da bax:​ Epidemioloq epidemiya yoxdur deyir, məktəb direktoru isə...

Respublikanın baş epidemioloqu İbadulla Ağayevsə deyir ki, təşvişə ehtiyac yoxdur, bu, adi bir qripdir:

“Bizim ölkədə sabitlikdir, heç bir təhlükə yoxdur. 4-5 nəfərin xəstələnməsi adi bir haldır. Xəstələnməyə də yalnız əhalinin özü səbəb olub”.

İbadulla Ağayev əhaliyə qalın geyinməyi, gigiyenik tələblərə əməl etməyi və özlərini qorumağı tövsiyə edir.

Mən bir qədər araşdırma apardım

Tibb Universitetinin mütəxəssisi, həkim Vasif İsmayıl özü də bu xəstəliyə yoluxanlardandır. Deyir ki, qorunmaq üçün bütün zəruri tədbirləri görüb, di gəl ki, özü də daxil bütün ailə üzvləri xəstələnib. O, əhali arasında yayılan bu virusa ciddi yanaşmağı məsləhət görür:

"Bizim evdə hər kəs bunu çox ağır keçirdi. Hətta ətrafımızdakılar, tanışlar, dostlar hər kəs yataqda keçirib. Yəni, ayaqüstə qalan çox az olub. Mən də bundan sonra bir qədər araşdırma apardım ki, bu nədir belə. Avropa Xəstəlikləri Önləmə və Nəzarət Mərkəzi ölkələrdən həftəlik hesabatlar alır. Həqiqətən də 2016-cı ilin 56-cı həftəsində Azərbaycanda burun selikli qişasından H3N2 virusu aşkarlanıb".

Buna da bax:​ Ən çox hansı xəstəliklər artıb?

Hökumət rəsmiləri də son günlər yayılan xəstəliyin qripin yeni H3N2 virusu olduğunu deyirlər.

Vasif İsmayıl deyir ki, H3N2 virusu böyrək çatışmazlığına səbəb ola bilər. Dünyada bu virusdan uşaq ölümü halları da olub. Bəs, bu virusdan necə qorunmaq olar?

Xəstənmiş şəxs tənzifdə gəzməlidir

Tibb elmləri doktoru, professor Adil Qeybulla düşünür ki, bu xəstəlik ya tənəffüs orqanlarında parazit infeksiyaların fəallaşmasıdır, ya da H3N2 virusunun yayılmasıdır:

"Belə bir yoluxma zamanı dərhal yataq rejiminə keçirməli, çoxlu maye qəbul etmək və həkim nəzarəti altında olmaq lazımdır. Bu yoluxucu xəstəlikdir. Ona görə də xəstənmiş şəxs başqalarını da yoluxdurmamaq üçün ictimai yerlərdə, nəqliyyatda tənziflərdə gəzməlidir. Xəstə şəxsin istifadə etdiyi qab yaxşı yuyulmalıdır. Dərman qəbulu, özəlliklə, antibiotiklər həkim nəzarəti altında olmaldır".

Buna da bax:​ Dərmanlar ucuzlaşmaqdansa bahalaşır

Bu həkimin tövsiyələridir? Bəs, Bakı sakinləri özlərini necə qoruyurlar?

"Ətrafımızda, ictimai nəqliyyatda hər kəs öskürür"
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Rəsmilər hər hansı narahatlığa ehtiyac görmür, həkimlər isə tövsiyə edirlər ki, hələ bu xəstəliyə yoluxmamısınızsa özünüzü qoruyun. Xəstələnmisinizsə, yataq şəraitində müayinə olunun.

XS
SM
MD
LG