Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:07

Ən çox hansı xəstəliklər artıb?


arxiv
arxiv

Azərbaycanda böyrək xəstələrinin sayı artır. Böyrək xəstəliyi həm də "cavanlaşır". Şəkər xəstələrinin də sayı artır.

Azərbaycanda ürək-damar, xərçəng kimi ənənəvi xəstəlikləri çıxanda, son 15-20 ildə hansı xəstəliklər artıb ki, əvvəllər belə problem yox idi? Və bunlar niyə artır?

Həkim ekspert Adil Qeybulla deyir ki, son illər xəstəliklərin sayında artım müşahidə olunur. Bunun səbəbi isə həm ekoloji problemlər, həm də maarifləndirmə işinin olmaması ilə bağlıdır:

Adil Qeybulla
Adil Qeybulla

“Xəstəliklərin statistikası artıb. Söhbət təkcə onkologiyadan getmir, bütün xəstəliklər artıb. Böyrək, qaraciyər, onkoloji xəstəliklərin hər birinin statistikasında artım var. Məsələn, indi bu gün, talasemiyalı uşaqların doğulması nisbətən aşağı düşüb. Çünki talasemiya mərkəzi mövcuddur və onunla bağlı dövlət proqramı var. Vərəmli xəstəliklərin sayında isə mən azalma tendensiyası görmürəm.

Xəstəliklərin səbəbləri nə ilə bağlıdır?. Əvvəla, bütün dünyada ekoloji problemlər var və ekologiya ilə bağlı xəstəliklərin xüsusi çəkisi artmaqdadır. İkinci də Azərbaycanda bu xəstəliklərin artması sanitar maarif işinin çox aşağı səviyyədə olması ilə əlaqədardır....” (Ətraflı audioda)...

Adil Qeybulla: "Böyrək, qaraciyər, onkoloji xəstəliklər..hər birinin statistikasında artım var"
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Digər həkim ekspert Mehdi Mehdiyev son illər daha çox hepatit xəstəliklərinin artdığını müşahidə etdiyini deyir. Bunu isə qeyri-düzgün həyat tərzi və qida ilə əlaqələndirir:

“Ən çox artım kimi özünü göstərən virus hepatitləridir. Əsasən də C və B virus hepatitləri. Bunların da artmasının əsas səbəbi insanlar arasında təmas, narkomaniya, qeyri-düzgün həyat tərzi və digər faktorlar bu hepatitlərin çoxalmasına gətirib çıxarır. Amma onu da qeyd eləmək lazımdır ki, bu son 1-2 ildə hepatitlərin əsasən də C hepatitinin müalicəsində böyük uğurlar əldə olunub. Vaxtında və düzgün müalicə başlayırsa, 100 faiz müalicə olunur. O cümlədən çox güman ki tezliklə B hepatitində də bu uğurlu nailiyyətlər əldə olunacaq.

Əlbəttə başqa xəstəliklərdə də artımlar müşahidə olunur. Bunlar hamısı insanların qeyri-düzgün həyat tərzi, düzgün qidalanmaması, immun sisteminin əvvəlki illərə nisbətən aşağı düşməsi və digər faktorlarla çox asılıdır”.

Mehdi Mehdiyev: "Hepatit..."
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00
Direct-ə keçid

“Səhiyyə və Sağlam Həyat” İctimai Birliyinin sədri Mətanət Əlizadə xəstəliklərin artmasını maddi səbəblərlə əlaqələndirir.

“Bu xəstəliklərin hamısının əmələ gəlməsi ekologiyanın pozulması ilə bağlıdır. Kanalizasiya suları gəlir qarışır içməli suya. Suyun keyfiyyətini əgər götürüb yoxlasaq, bizim su 777 dəfə zəhərlidir. Ona görə də respublikada çoxlu böyrək xəstəlikləri, onkoloji xəstəliklər artıb.

Onkoloji xəstəxanaya yaxınlaşırsan, pul dərdindən ora yaxınlaşmaq mümkün deyil. Dövlət tərəfindən prezident sərəncam verib. Ağır narkotik maddələrlə müalicə olunan xəstələr, hepatit xəstələri, QİÇS xəstələri, onkoloji xəstələr bunlar pulsuz müayinə və pulsuz dərmanla müalicə olmalıdır.

Ancaq bir kimyanın qiyməti 700 manata çatanda, yerli kimyanı xəstəyə verəndə, necə danışmamaq olar? Maddi vəziyyət çox pisdir. İmkan tapıb dərman ala bilmirik. Sevindik dərmanlar ucuzlaşır. Dərman ucuzlaşdı. İndi dərman qalxıb göyün bir qatına. Bununla camaat necə müalicə olunsun?....” (Ətraflı audioda)...

Mətanət Əlizadə: "kanalizasiya suyu qarışır içməli suya..."
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00

XS
SM
MD
LG