Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:38

-

«Trend» agentliyi yazır ki, Bakıdakı apteklərdə bəzi dərmanların qiymətləri bahalaşıb.

Metronun «Elmlər Akademiyası» stansiyasının ətrafındakı apteklərdə qrip və soyuqdəymə əleyhinə istifadə olunan «Ferveks» əvvəl 50 qəpiyə satıldığı halda, hazırda alıcılara 60 qəpiyə təklif edirlər. «Teraflu» tozunun qiyməti isə 40 qəpikdən 50 qəpiyə qaldırılıb. Satıcılar isə qiymətlərin bahalaşmasının səbəbini izah etməkdə acizdirlər: «Bizə necə deyilirsə, o qiymətə də satırıq. Qiymətləri biz müəyyən etmirik».

«Trend»in əməkdaşı eyni vəziyyətlə metronun «Memar Əcəmi» stansiyasının ətrafındakı aptekdə də rastlaşıb. Bundan başqa reseptlə satıcıya yaxınlaşan alıcıların əksəriyyətinə eyni tərkibli başqa dərmanların təklif edildiyinin şahidi olub. Satıcılar bunu dərmanların bahalı olması və Azərbaycana daha gətirilməməsi ilə əlaqədar olması ilə izah etdi: «Həkimlərin yazdığı dərmanlar bizdə yoxdur. Amma eyni tərkibdə başqa adda dərmanlar var ki, həmin təsiri göstərir. Elə dərman var ki, onu Azərbaycana gətirib sonra ucuz satmaq sahibkara sərf etmir. Ona görə də düşünürəm ki, sahibkarın o cür dərmanları ölkəyə gətirməyə marağı yoxdur».

MƏNTƏQƏ SƏDRİ BÜLLETENLƏRİ NECƏ PAYLAŞDIRDI

«Azadlıq» qəzeti yazır ki, seçki bitsə də, saxtakarlığı əks etdirən görüntülər bitmək bilmir:

1 noyabr parlament seçkiləri.

1 noyabr parlament seçkiləri.

«Hər gün namizədlər, müşahidəçilərtərəfindən saxtakarlıqların əks olunduğu yeni-yeni foto- və videogörüntülər yayılır. Növbəti belə görüntü 79 saylı İmişli seçki dairəsindən yayılıb... Bu kadrda günorta olmasına baxmayaraq, məntəqəyə heç bir seçicinin daxil olmadığı görünür. Məntəqə səlahiyyətliləri isə vəziyyətdən çıxış yolunu bülletenləri öz aralarında bölüb, işarələməkdə görürlər».

YENƏ SİFARİŞLİ BƏYANATLAR, UCUZ BƏHANƏLƏR, CILIZ UYDURMALAR...

«Azərbaycan» qəzeti yazır ki, noyabrın 1-də keçirilmiş parlament seçkiləri demokratik şəkildə, xalqın iradəsi ilə keçirilib. Ancaq bu dəfə də seçkilərin nəticələrinə kölgə salmaq istəyənlər var:

«Öncə Avropa Parlamentinin rəhbəri Martin Schulz heç bir fakta əsaslanmadan Azərbaycandakı son parlament seçkilərini «antidemokratik» adlandırıb… Seçkilərdən iki gün sonra isə ABŞ Dövlət Departamenti məlumat yayaraq iddia edib ki, guya qurum Azərbaycanda keçirilmiş parlament seçkilərində beynəlxalq müşahidəçilər yetərincə olmadığından seçkilərin yekunlarını dəyərləndirməyə çətinlik çəkib. Bəs, görəsən, 40 ölkənin 503 nəfər müşahidəçisinin gəldiyi rəy Dövlət Departamentinin seçkini dəyərləndirə bilməsinə nədən yardımçı olmayıb? Demək belə çıxır ki, Dövlət Departamenti AŞ PA, MDB və digər Avropa ölkələrinin beynəlxalq təşkilatlarının bəyanatlarını qəbul etmir. Yalnız inandığı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosudur. Hansı ki, heç vaxt bu təşkilat Azərbaycan Respublikasının xeyrinə olan bir bəyanat qəbul etmədən yalnız məkrli məqsədlə qarayaxma kampaniyası aparıb».

Bakı Beynəlxalq Avtovağzal Kompleksi.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi.

AVTOVAĞZALDA SÜRÜŞMƏNİ DAYANDIRMAĞA ÇALIŞIRLAR

«Bizim Yol» qəzeti yazır ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinə daxil olan artırma yolda oktyabrın 7-də baş verən torpaq sürüşməsinin qarşısını almaq üçün ərazidə işlər davam etdirilir.

İş icraçıları bildirir ki, bərpa işləri yaxın günlərdə yekunlaşacaq… ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev bildirdi ki, bərpa-gücləndirmə işləri aparılandan bəri çökmə prosesinin dinamikasında müəyyən sabitləşmə baş verib: «Ərazidə dəfələrlə olmuşuq. Betona sıvaylar vurulur. İrəliləməyə meylli olan istinad divarlarında sürüşmənin qarşısının alınması üçün işlər görülür. O ki qaldı çatların olmasına, bu proseslər başa çatandan sonra yolun əvvəlki vəziyyətinə qayıdacağına inanırıq».

Bakı Beynəlxalq Avtovağzal Kompleksi 2008-ci ildə istismara verilib. Avtovağzalın tikintisi 80 milyon manata başa gəlib və nəqliyyat naziri Ziya Məmmədovun ailə şirkəti olan «ZQAN Holdinq» tərəfindən idarə olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG