Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:34

Meksika prezidenti Trump-ın divarına pul ödəməyəcəyini deyir


 Enrique Pena Nieto və Donald Trump
Enrique Pena Nieto və Donald Trump

Meksika prezidenti Enrike Pena Neto (Enrique Pena Nieto bildirib ki, onun ölkəsi heç bir divara görə pul ödəməyəcək.

Bu barədə CNN xəbər verir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump vədinə əməl edərək Meksika ilə sərhədə divar çəkilməsi barədə qərar qəbul edib.

“Meksika divarlara inanmır, bir daha deyirəm heç bir divara görə pul ödəməyəcəyik”, Enrike CNN-ə deyib.

Prezidenthəmçinin qeyd edib ki, yanvarın 25-də Vaşinqtonda Trump hökuməti ilə görüşmüş həmkarlarından yekun hesabat gözləyir.

Bundan əvvəlki məlumatlarda bildirilirdi ki, Meksika prezidenti Trumpun qərarına görə ABŞ-a səfərini təxirə sala bilər.

Qeyd edək ki, Donald Trump yanvarın 25-də Meksikayla sərhədə divar çəkilməsi və qanunsuz miqrantlarla bağlı bir neçə sərəncam imzalayıb.

Trump deyir ki, sonda bu divarın haqqını Meksika ödəyəcək.Buna da bax.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG