Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Məhkəmədən bəraət alan huşunu itirib


Adam öldürməyə görə həbs olunmuş şəxs məhkəmədə bəraət alıb.

Bakı küçələrində təkər qaraltmaqla məşğul olan 30 yaşlı Elman İbrahimov israrla bildirirdi ki, günahsızdır, kimsəni öldürməyib.

Sentyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona çıxarılmış hökmü dinləyən Elman bəraət aldığını eşidincə, məhkəmə zalındakı kabinədə özündən gedib. Onu ayıldıblar.

Hökmün elanı başa çatandan sonra əllərindəki qandallar açılıb, anasını qucaqlayanda Elman İbrahimov ikinci dəfə huşunu itirib.

Elman İbrahimov Bakıda “Xətai” metro stansiyasının yaxınlığında yerləşən, küçədəki dilənçilər, bomjlar və sair adamların tutulub saxlandığı təcridxanada onunla eyni kamerada olan Çingiz Xəlilovu döyüb öldürməkdə suçlanırdı. Ona CM-in 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə - ölümə səbəb olduqda) maddəsiylə ittiham verilmişdi.

Ancaq Elman İbrahimov ittihamı qəbul etmirdi və bildirirdi ki, Çingiz Xəlilovla aralarında mübahisə yaranandan sonra onu kameradan polislər aparıb döyüblər:

“Mən yatmışdım, birdən hiss elədim ki, kimsə qarnımın üstündədir, barmaqlarını da gözümə soxur. Tam oyanandan sonra gördüm ki, Çingizdir. Dizini sinəmə qoymuşdu. Özümə gəlib itələdim onu. Səsə kameraya polislər gəlib onu apardılar. Çingizi o qədər döydülər ki, üst-başı qan içində idi. Gəlib mənə dedilər ki, “Elman, sən sakitsən, amma bax, bir də belə bir şey olsa, səni də döyəcəyik”.

Elman İbrahimov hakimlərdən xahiş edirdi ki, kamera görüntülərinə baxsınlar, orada onun günahsızlığı sübuta yetir.

Məhkəmədə görüntülərə baxıblar. Oradan belə aydın olur ki, Elman ikimərtəbəli çarpayının birinci, Çingiz isə ikinci mərtəbəsində qalırmış. Mərhum Çingiz Xəlilov tullanıb ikinci mərtəbəyə qalxmaq istəyəndə həmin vaxt yatan Elmanın üstünə yıxılır. E.İbrahimov da yuxudan oyanır, onu itələyir. Bu zaman Çingizin başı kameradakı istilik borusuna dəyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG