Keçid linkləri

2025, 22 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 03:30

Elizabet Holms dələduzluqda təqsirli bilindi


Elizabet Holms məhkəmədə
Elizabet Holms məhkəmədə

Layihəyə onmilyonlarla dollar sərmayə yatırılıb

San Xose (Kaliforniya) məhkəməsi “Theranos” biotexnologiya şirkətinin təsisçisi Elizabet Holmsu dələduzluq məqsədilə investorları aldatmaqda təqsirli bilib.

Prisyajnılar məhkəməsi onu dörd maddə üzrə təqsirli bilib. Hər bir maddədə 20 ilədək azadlıqdan məhrumetmə və 250 min dollarlıq kompensasiya ödənməsi nəzərdə tutulur. Hökmün çıxarılacağı tarix sonradan açıqlanacaq.

Holms daha yeddi maddə üzrə təqsirli bilinməyib.

“Theranos” biotexnologiya şirkəti 2003-cü ildə Stenford universitetinin tələbəsi tərəfindən yaradılıb. Startap qan analizinin innovasiyalı sisteminin hazırlanması ilə məşğul olub. Onda Holmsun 19 yaşı vardı.

Tanınmış adlar

Onun ambisiyalı planının məğzi onlarla analizi apara biləcək aparat yaratmaq, barmaqdan götürülən bir damcı qanla yüzlərlə xəstəliyin diaqnozunu aparmaqdan ibarət idi.

Holms xeyli sayda nüfuzlu və zəngin kişini aldada bilib. “Theranos”un müşahidə şurasında Henri Kissincer, Dövlət Departamentinin keçmiş rəsmisi Corc Şults, Pentaqonun keçmiş şefi Ceymz Mettis olub. Biznes nəhəngləri Rupert Merdok, Tim Dreyper, “Walmart” hipermarketlər şəbəkəsinin əsasını qoymuş Uolton ailəsi aldadılmış investorlar sırasındadır.

Layihəyə onmilyonlarla dollar sərmayə yatırılıb. Holmsu Stiv Cobz, İlon Mask, Mark Tsukerberqlə müqayisə edirdilər.

“Theranos”un kapitalizasiyası sürətlə artırdı. Ancaq 2015-ci ildə Edison analizatorunun işləmədiyi bəlli oldu.

XS
SM
MD
LG