Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Keçmiş deputatın oğluna 3 il həbs cəzası verildi


Qalib Salahzadə
Qalib Salahzadə

Keçmiş deputat Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadəyə üç il həbs cəzası verilib. Dekabrın 20-də Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənova bu haqda hökm çıxarıb.

Hökmdən öncə təqsirləndirilən şəxsin vəkili də müdafiə çıxışında, özü də son sözündə bəraət istəyib.

Amma hakim ittiham hökmü çıxarıb. Hökmdə yazılıb ki, Ə.Salahzadəyə CM-nin 315.2 (xidməti vəzifəsini yerinə yetirən hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə verilmiş ittiham məhkəmədə təsdiqini tapıb.

***Buna da bax-Keçmiş deputatın oğlunun həbsinə səbəb olan şikayət geri götürüldü

Ə.Salahzadə «Azərsu» ASC-nin işçisi Elbəy Mirzəliyevə zor tətbiq etməkdə suçlanaraq, sentyabrın 13-də həbs olunub. İttihama görə, o, supulu ödənişi ilə əlaqədar evinin qapısına gələn «Azərsu»nun iki əməkdaşını təhqir edib, onlardan birini döyüb.

Zərərçəkmiş E.Mirzəliyev məhkəmədə dindirilərkən təqsirləndirilən şəxslə barışdıqlarını, ondan şikayətçi olmadığını söyləyib. Zərərçəkmiş məhkəməyə bu haqda yazılı ərizə də verib.

***Buna da bax-Ç.Qənizadə Q.Salahzadəyə qarşı iddianı geri götürüb

Ə.Salahzadə özünü təqsirli bilmir. Vəkili Nəsimi Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verəcək.

Q.Salahzadə oğluna qarşı bu ittihamı əsassız hesab edir. Keçmiş deputat oğlunun həbsinə görə baş prokuror Zakir Qaralovu günahlandırır. İddia edir ki, Qaralov vaxtilə torpaq məsələsinə görə aralarında yaranmış ədavətə görə ondan qisas alır.

XS
SM
MD
LG