Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 10:27

Keçmiş deputatın oğlunun həbsinə səbəb olan şikayət geri götürüldü


Qalib Salahzadə

Bir neçə gün öncə keçmiş deputat Qalib Salahzadənin həbsdə olan oğlu Əlihüseyn Salahzadənin işinə yeni vəkil qoşulmuşdu. Lalə Mansurova adlı bu vəkilin cinayət işinin materialları ilə tanış olması üçün Salahzadənin ötən dəfəki məhkəməsi təxirə salınmışdı. Noyabrın 27-də sabiq deputatın oğlu yenidən məhkəmə qarşısına çıxarılıb. Bu dəfə isə o, həmin vəkildən imtina etdiyini söyləyib.

Ə.Salahzadə haqqında cinayət işi Nəsimi Rayon Məhkəməsində araşdırılır. İşə baxan hakim Şəlalə Həsənova göstəriş verib ki, məhkəməyə jurnalistlər buraxılmasın.

***Buna da bax-Hakim keçmiş deputatın oğlunun işinə gizli baxır

Noyabrın 27-də keçirilən məhkəmədə Salahzadənin döydüyü iddia olunan Elbəy Mirzəliyev dindirilib. «Azərsu»nun işçisi olan Mirzəliyev zərərçəkmiş qismində ifadə verərək deyib ki, təqsirləndirilən şəxsdən şikayətçi deyil. O, məhkəməyə yazılı şəkildə də ərizə təqdim edib və şikayətçi olmadığını təsdiqləyib.

Məhkəmə noyabrın 30-da davam edəcək.

Sentyabrın 13-dən həbsdə olan Ə.Salahzadə CM-nin 315.2 (xidməti vəzifəsini yerinə yetirən hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə suçlanır. İttihama görə, o, supulu ödənişi ilə əlaqədar evinin qapısına gələn «Azərsu»nun iki əməkdaşını təhqir edib, onlardan birini döyüb.

***Buna da bax-Ç.Qənizadə Q.Salahzadəyə qarşı iddianı geri götürüb

Q.Salahzadə isə oğluna qarşı bu ittihamı əsassız hesab edir. Keçmiş deputat oğlunun həbsinə görə baş prokuror Zakir Qaralovu günahlandırır. İddia edir ki, Qaralov vaxtilə torpaq məsələsinə görə aralarında yaranmış ədavətə görə ondan qisas alır.

Ə.Salahzadəyə ittiham verilmiş CM-nin 315.2 maddəsində 3 ildən 7 ilə qədər həbs cəzası nəzərdə tutulub. Keçmiş deputatın sözlərinə görə, oğluna 5 il iş kəsiləcəyi haqda məlumatı var.

Q.Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG