Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Əli Kərimli və  onunla saxlananlara qarşı rəsmi ittihamlar...-YENILƏNİR


Əli Kərimli və İsa Qəmbər, 18 fevral 2012
Əli Kərimli və İsa Qəmbər, 18 fevral 2012

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli və başqa saxlananlar icazəsiz yüriş-miitinq keçirməkdə günahlandırıla bilər.

Report-un xəbərinə görə, Bakı şəhər Baş Polis İdarəsindən bildiriblər ki, Noyabrın 17-si saat 16 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının təxmini 150 nəfərə qədər olan üzvləri Parlament prospektinə toplaşmaqla Şəhidlər Xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstəriblər.

Bakı şəhər Baş Polis İdarəsindən agentliyə habelə bildirilib ki, ərazidə xidmətdə olan polis əməkdaşlarının operativ olaraq həyata keçirdikləri qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayət olunan icazəsiz yürüş-mitinqin qarşısı alınıb.

“ Aksiyanın 52 nəfər iştirakçısı Səbail Rayon Polis İdarəsinə gətirilib. Onlardan 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxılıb. AXCP-nin sədri Əli Kərimli başda olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanıblar. Faktla bağlı Səbail Rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə inzibati protokollar tərtib olunub. Toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndəriləcək”məlumatda yazılır.

Həmin ittihamlarla saxlananlara cərimə və ya 2 aylıq həbs cəzaları verilə bilər.

Milli Şura və bu quruma daxil olan AXCP təmsilçiləri isə deyirlər ki, onlar heç də noyabrın 17-də yürüş-mitinq keçirmək niyyətində olmayıblar. Məqsəd Milli Dirçəliş günü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət etmək olub.

Noyabrın 17-də Milli Dirçəliş günü iləbağlı Milli Şura rəhbərliyi və fəallar əhidlər Xiyabanı"na gediblər. Əllərindəqərənfillər olan bu insanlar Milli Dirçəliş günü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət edəcəklərini açıqlamışdılar. Amma polis buna imkan verməyib. Başda Milli Şura sədri Cəmil Həsənli, bu quruma daxil AXCP sədri Əli Kərimli olmaqla onlarla şəxsi Səbail rayon Polis İdarəsi-nəgətiriblər. Gecə saatlarında Cəmil Həsənli vəbəzi fəllar sərbəst buraxılıblar.

***

“Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və daha başqa 7 şəxs hələ də buraxılmayıb”

Bunu AzadliqRadiosuna Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev deyib. Onun sözlərinə görə, Əli Kərimli və qalan şəxslərin hazırda harada saxlandıqlarını müəyyən edə bilməyiblər.

Oqtay Gülaliyev vurğulayıb ki, vəkillərin də cəhdləri, hələlik, nəticə verməyib.

Noyabrın 17-də Milli Dirçəliş günü ilə bağlı Milli Şura rəhbərliyi və fəallar kütləvi şəkildə "Şəhidlər Xiyabanı"na gediblər. Əllərində qərənfillər olan bu insanlar Milli Dirçəliş günü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət edəcəklərini açıqlamışdılar. Amma polis buna imkan verməyib. Başda Milli Şura sədri Cəmil Həsənli, bu quruma daxil AXCP sədri Əli Kərimli olmaqla onlarla şəxsi Səbail rayon Polis İdarəsi-nə gətiriblər. Ümumilikdən 30-a qədər şəxsin saxlandığı açıqlanmışdı. Gecə saatlarında Cəmil Həsənli və bəzi fəllar sərbəst buraxılıblar.

Baş verənlərə hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlama

1988-ci il noyabrın 17-də Bakının Lenin, indiki Azadlıq meydanında Qarabağda baş verən hadisələrə etiraz olaraq mitinqlər başlayıb. O dövrün şahidlərinin bildirməsinə görə, Sovet İttifaqı və yerli partiya rəhbərliyinin məsələnin həllinə biganə yanaşması vətəndaşları daha da hiddətləndirdiyindən, az vaxt ərzində yüz minlərlə insan hərəkata qoşulub.

Fasiləsiz keçirilən mitinqlər dekabın 5-də sovet ordusunun zorakılığı ilə dağıdılıb.

1992-ci ildə 17 noyabr bayramlar sırasına salınıb və qeyri-iş günü elan edilib. Milli Dirçəliş günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş dəyişikliklərə görə, artıq qeyri-iş günü deyil.

Bu il həmin hərəkatın 30 ili tamam olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG