Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

‘Qanun natamam görünür’


Azad Isazadə, 2013
Azad Isazadə, 2013

“Belə bir qanunun qəbul edilməsinə çoxdan ehtiyac var idi”, - psixoloq Azad İsazadə “Psixoloji yardım haqqında” qanunun dekabrın 7-də Milli Məclisdə üçüncü oxunuşda qəbul edilməsindən danışarkən deyir.

A.İsazadə ölkədə indiyədək psixoloji yardımı tənzimləyən qanunun olmadığını önə çəkərək söyləyir ki, psixoloqlar öz bildikləri kimi fəaliyyət göstərirlər, halbuki bu məsələdə konkretlik olmalıdır.

Bu sahənin spesifikliyi barədə danışan A.İsazadə deyir ki, psixoloji yardım anlayışı çoxbucaqlıdır:

“Burada psixoloqları birləşdirən ancaq “psixologiya” sözüdür. Amma onların hansısa psixoloji yardım təcrübəsində istifadə etdikləri metod, test və alətlər olduqca fərqlidir. Psixoloji yardım idmançıya da, şagirdə də, hərbçiyə də, əsəb xəstəliyindən əziyyət çəkən vətəndaşa da, ruhi xəstəyə də lazımdır. Bax, burada artıq psixoloji ayrıntı başlayır. Sadaladağım kateqoryaya aid şəxslərə eyni metodlu psixoloji yardım tətbiq oluna bilməz”.

A.İsazadə qanunun çatışmazlıqlarına da toxunur. Onun sözlərinə görə, psixoloqların fəaliyyət göstərdikləri istiqamətlər üzrə mərkəzlər olmalıdır, amma bu qanunda əksini tapmır və bu baxımdan qanun yarımçıqdır.

Psixoloq bunu aradan qaldırmaq məqsədilə Avropa təcrübəsinə istinad etməyi, ordakı kimi mərkəzlər yaratmağı təklif edir.

A.İsazadənin sözlərinə görə, qanun layihəsinəd gözə dəyən daha çox məmur mərkəzləridir.

“Burda komissiya yaradılacaq, həkim yoxlanışı aparılacaq və s. Psixoloji yardım baxımından nəzərdə tutulan nəticəni verməyəcək”.

Milli Məclisin dekabrın 7-də keçirilən plenar iclasında “Psixoloji yardım haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə edilib.

Sənəd 6 fəsil, 22 maddədən ibarətdir, Azərbaycanda psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Həmçinin burda Azərbaycanda ödənişsiz psixoloji yardım alacaq şəxslərin kateqoriyası müəyyənləşib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG