Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 17:01

"Ekho Moskvı" öz jurnalistini ölkədən çıxarır


Alexei Venediktov (Arxiv)

Rusyanın "Exo Moskvı" radiostansiyasının direktoru Aleksey Venediktov deyib ki, təhlükəsizlik məsələlərinə görə radionun jurnalisti Kseniya Larinanı "evakuasiya etməyə" - ölkədən çıxarmağa məcburdur.

Venediktov bunu hökumətyönlü jurnalist Vladimir Solovyovun "Vesti FM" radiostansiyasında Larina haqqında yaydığı tənqidi proqramdan sonra bildirib.

Direktor bildirib ki, jurnalist azı yarım il ölkədən kənarda yaşayacaq və təhlükəsizliyinə təminat verilməyincə geri qayıtmayacaq:

"Çünki bu proqramdan sonra daha bir nəfərin boğazına bıçaq çəkilə bilər".

Bir neçə gün əvvəl naməlum şəxs "Ekho Moskvı"nın redaksiyasına soxularaq jurnalist Tatyana Felgenqauerə xəsarət yetirib.

Buna da bax: Kreml Twitter-in qadağanına acıqlı reaksiya verib

Günün bütün mövzuları

XS
SM
MD
LG