Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:18

Kreml Twitter-in qadağanına acıqlı reaksiya verib


Kreml Twitter-in Rusiya dövlətinə bağlı iki media qurumunun – RT və Sputnikin hesablarından yayılan reklamlara qadağan qoymasını tənqid edib.

Moskva bu qərarın arxasında “dərin qərəzin” durduğunu deyib.

Kremlin sözçüsü Dmitri Peskov oktyabrın 27-də deyib ki, “Twitter-in bizim mediamıza qarşı qərəz kampaniyasına qoşulması təəssüf doğurur”.

Peskov habelə qeyd edib ki, sosial media platformasının bu hərəkəti həm də onun öz müştərilərinə fərqli münasibətinin presedentini yaradır.

Onun fikrincə belə addımlar Twitter-in başqa abunəçiləri arasında narahatlıq və xof yarada bilər.

Twitter oktyabrın 26-da bəyan etmişdi ki, Rusiyanın iki qurumunun reklamlarına qadağan qoyur. Sosial media şirkəti bu addımını ABŞ kəşfiyyatının RT və Sputniki ABŞ seçkisinsə müdaxilədə ittiham etməsi ilə bağlamışdı.

San Fransiskoda mənzillənmiş sosial media şirkəti oktyabrın 26-da yaydığı bəyanatda bildirib ki, seçki müdaxiləsi, “Twitter-in öz saytında görmək istədiyi bir şey deyil”.

Twitter ötən ay bildirmişdi ki, ABŞ seçkisinə təbliğatla müdaxilə edilməsi iddialarına dair aparılan təhqiqat çərçivəsində Rusiyaya bağlı 200 hesabı qapadıb.

Sputnik xəbər agentliyi bu qərarla bağlı bildirib ki, Twitter-in bu addımı xüsusilə də indi təəssüf doğurur, çünki rəsmi Moskva ABŞ mediasına qarşı cavab tədbiləri görəcəyini deyib.

Kreml bundan əvvəl Rusiya hökumətinin ABŞ seçkisinə müdaxiləsi barədə iddiaları dəfələrlə rədd edib.

Twitter-in bəyantındandan dərhal sonra Rusiya hökuməti bu hərəkəti “aqressiv” adlandırıb və cavab addımı atacağını bildirib. Cavab addımının təfərrüatları açıqlanmayıb.

Facebook və Google bu yaxınlarda bəyan etmişdi ki, Rusiya əməliyyatçıları olduğu düşünlən şəxslər reklam platformaları alaraq bölücü siyasi məzmunlu postlar yayıb.

RT öz saytında dərc etdiyi bəyanatda bildirir ki, şirkət internetdə heç bir qanunsuz əməllə məşğul olmayıb və ABŞ seçkisinə müdaxilə məqsədilə Twitter də daxil heç bir platformadan istifadə etməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG