Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 11:18

'Əhalinin bir hissəsi hələ meyvələrin nübarını etməyib'-media-icmalı


Gilas, (arxiv fofo)
Gilas, (arxiv fofo)

Meyvələrin bahalığının səbəbləri, SOCAR-ın Rusiyaya investisiya yatrımı ilə bağlı açıqlamalar, 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Azərbaycanın iştirakı və başqa məsələlər medianın aparıcı mövzularındandır...

“İstehsal kifayət qədər deyil”

“Yenisabah.az” saytı-nda ““Ölkədə meyvə-tərəvəz niyə bu qədər bahadır?” – səbəbi açıqlandı” sərlövhəli yazı oxumaq olar.

Müəllif başlığa çıxarılan suala kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovla cavab tapmağa çalışıb.

V.Məhərrəmov hesab edir ki, mövsüsmü meyvələrdə qiymət bahalığının əsas səbəbi iqtisadi artımın əhali artımına adekvat olmamasıdır:

“Mövsümü meyvələrdə qiymətlərin yüksək olması təklifin az olması ilə bağlıdır. Uzun müddətdir ki, bu haqda deyirik. Əhalinin artım tempi nəzərə alınmalıdır. Əhali ilbəil artır. Meyvə-tərəvəz istehsal tempi isə bununla adekvat artmır”.

Ekspert bahalığa daha bir səbəb kimi əlverişsiz hava şəraitini göstərir:

“İqlimin də öz təsiri var. Ancaq müəyyən işlər aparılsa, aqrotexniki qaydalara əməl olunsa, intensiv yağışların yağması, dolu düşməsinin istehsala bir o qədər təsiri olmaz”.

O, Dövlət Statistika Komitəsinin məlumatlarındahər il iqtisadi artım olması barədə göstərilən rəqəmlərə inamsız yanaşır:

“Amma bazar real vəziyyəti tam mənzərəsilə ortaya qoyur. Yəni, bu gün təklifçox, əhalinin tələbatına uyğun olsa, qiymətlər bahalaşmaz. Əksinə normal qiymətmünasibətləri yaranar”.

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

​V.Məhərrəmov hesab edir ki, indi əhalinin mövsümü meyvələrdən qidalanması, qışa azuqə hazırlaması, digər tərəfdən kəndli və fermerlərin daha çox qazana bilməsi baxımından daha əlverişli vaxtdır:

“Ancaq bunu həyata keçirmək mümkün deyil, çünki daha çox məhsul satmaq üçün daha çoxistehsal etmək lazımdır. Problem istehsalla bağlıdır, İstehsal kifayət qədər deyil”.

Ekspertə görə, mövsümü meyvələrin qiymətlərinin baha olması üzündən əhalinin bir hissəsihələ onların nübarını etməyib:

“Tutun qiyməti yüksəkdir. Keçən il bu vaxt nisbətən pomidor, kartof, tərəvəz məhsullarının qiyməti ucuz idi. Bu il demək olar ki, tərəvəz məhsulları da baha qiymətətəklif olunur. Bütün bunların bir səbəbi var. Bu sahədə aparılan siyasət qənaətbəxş deyil...”.

“Müflis olmuş bir xarici müəssisəyə milyardlarla yatırım etmək...

SOCAR-Azərbaycanın dövlət neft şirkəti
SOCAR-Azərbaycanın dövlət neft şirkəti

“Moderator.az” saytı-nda “Müflis olmuş bir xarici müəssisəyə milyardlarla yatırım etmək nə qədər doğrudur?” sualı gündəmə daşınır.
Keçmiş maliyyə naziri, iqtisadçı Fikrət Yusifov sayta açıqlamasında son günlər dünya bazarında neftin qiymətində yaşanan təlatümlər fonunda SOCAR-ın sanksiyalarla üzləşən Rusiyanın neft sektoruna investisiya yatırmaq niyyəti haqqında deyilənləri şərh edib

F.Yusifov bildirib ki, 2015-ci ildə milli valyuta iki dəfədən çox dəyər itirdikdən sonra, Azərbaycan iqtisadiyyatına yatırılan xarici sərmayələrin həcmi xeyli azalıb.

Onun fikrincə, əgər bir ölkə öz iqtisadiyyatının sürətli inkişafını təmin etmək istəyirsə, mütləq iqtisadiyyata daxili və xarici investisiyaların həcmini artırmağa çalışmalıdır:

“Dövlətin bu məsələdə bəlli kursu fonunda SOCAR-in xarici sərmayələrlə bağlı sərgilədiyi strategiyada ciddi yanlışlıqların olması bu məsələləri dəyərləndirməyi bacaran hər bir Azərbaycan vətəndaşını rahatsız edir. Bu gün nefti Azərbaycanda emal etməyə və bu məqsədlə çoxsaylı müəssisələr qurmağa kəskin ehtiyacımız olduğu halda, SOCAR-n xarici olkələrə milyardlarla dollar yatırımlar edərək bu işi Azərbaycanda kənarda görməsi nə qədər uyğun bir addımdır? Azərbaycan bu gün həm iqtisadi və həm də maliyyə sabitliyi şəraitində olsa da bir an belə unutmaq haqqımız yoxdur ki, bu sabitlik neftin qiymətləri üzərində dayanıb”

İqtisadçı hesab edir ki, SOCAR-ın sərmayələri hesabına daxildə müəssisələrin açılması bir sıra problemlərin həlli olar:

“Yeni iş yerləri açılacaq, daxili bazarın bu məhsullara olan tələbatı ödəniləcək. Yerli istehsal idxalı əvəzləyəcək, deməli ölkədən xaricə valyuta axını azalacaq. Dövlət büdcəsi yeni gəlir mənbələri əldə edəcək,...”

Sankt-Peterburq Forumu

Şahin Mustafayev
Şahin Mustafayev

Rəsmi AZƏRTAC saytı-nda dərc edilən “Azərbaycan nümayəndə heyəti 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edir” sərlövhəli məlumatda isə Azərbaycan Rusiya əməkdaşlığı dəyərləndirilir.

Məlumatda bildirilir ki, İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasında keçirilən 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edir:

“1997-ci ildən etibarən keçirilən, qabaqcıl platformaya çevrilmiş Forum dünyanın əhəmiyyətli iqtisadi tədbirlərindəndir və 2006-cı ildən Rusiya Federasiyasının Prezidentinin himayəsi və iştirakı ilə təşkil edilir. Forumun keçirilməsində məqsəd rəsmilərin, biznes və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə iqtisadi problemlərin həlli istiqamətində müzakirələrin aparılmasıdır”.

​Sayt bildirir ki, iyunun 7-də Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat naziri Şahin Mustafayev 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko ilə görüşüb:

“Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Ötən il Rusiya ilə ticarət dövriyyəsi 19 faiz artaraq 2,5 milyard dollara çatıb. Artım meyili 2019-cu ildə də davam edir. Belə ki, bu ilin 1-ci rübündə ticarət dövriyyəsi 23 faiz artıb”, məlumatda vurğulanıb ki,Ş.Mustafayev görüşdə deyib.

Şahin Mustafayev qeyd edib ki, investisiya sahəsində qarşılıqlı əməkdaşlıq həyata keçirilir, birgə layihələr icra olunur. Məlumatda bildirilir ki, iyunun 6-da başlayıb 8-də başa çatacaq Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Azərbaycan və Rusiya iş adamlarının görüşünün təşkili də nəzərdə tutulur.

XS
SM
MD
LG