Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 05:28

Yol polisi sürücüləri xəbərdar edir


DYP

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Dövlət Yol Polisi (DYP) sürücülərə və avtomobil sahiblərinə təkrar müraciət edib.

Mətbuat xidmətinin məlumatına görə, müraciətdə yollarda meydana gələ biləcək qəza və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərə bəzi tövsiyələr verilir.

Buna da bax:​ Qışa hazır olmayan avtomobillər yola buraxılmayacaq

Sürücülər istifadə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə, xüsusilə avtomobillərin şinlərinə bir daha diqqət yetirməlidirlər.

Günün axşam və səhər saatlarında yolların buz bağlama ehtimalının daha çox olmasını nəzərə alaraq, avtomobil şinlərinin protektorundakı naxışların hündürlüyü normaya uyğun olmayan nəqliyyat vasitələrinin istismarına yol verməməlidir.

Buna da bax:​ Yol polisi 9 ayda 61 milyon cərimə yazıb

Bundan başqa sürücülərə yolda qəfil manevrlər və əyləcdən tez-tez istifadə tövsiyə olunmur.

DYP təcrübəsi 3 ildən az olan sürücülərin belə hava şəraitində sükan arxasına əyləşməmələrini də xahiş edir.

Buna da bax:​

Sürücü - yol polisi: Əlbəyaxa davaların səbəbləri
Gözlə

No media source currently available

0:00 0:05:29 0:00

Multimedia

XS
SM
MD
LG