Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:10

2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisində baş vermiş yol-nəqliyyat hadisələrində 571 nəfər həlak olub. 1555 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Ötən ilin eyni dövrünə nisbətən yol-nəqliyyat hadisələri 9.9, zərərçəkənlərin sayı isə 11.9 faiz (həlak olanlar 15.8, yaralananlar 11.2 faiz) artıb.

Eləcə də, yollarda inzibati xətaların 22.5 faiz artaraq, 2 milyon 231.6 minə çatdığı bildirilir.

Xətaların 51.8 faizi sürət həddinin aşılması, 10.7 faizi dayanma qaydalarının pozulması, 4.5 faizi yolayrıcını keçmə, 4.2 faizi yol nişanlarına əməl edilməməsi, 4.2 faizi isə təhlükəsizlik kəmərinin bağlanmaması ilə bağlıdır.

Yol hərəkəti qaydalarının pozulmasına görə ümumilikdə, 61.3 milyon manat cərimə təyin edilib.

Bu ilin əvvəlində bu sahədə pozuntulara görə cərimələrin miqdarı artıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG