Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 02:34

Dünyada cavanlar nə düşünür, nə hiss edirlər


Foto illüstrasiya

Dünyadakı gənclərin çoxu istəyir ki, mühacirlər asanlıqlar onların ölkələrinə keçə bilsinlər, hökumətlər qlobal qaçqın böhranının həllindən ötrü daha çox iş görsünlər. Varki Fondunun yeni hesabatında belə deyilir.

20 ölkədən 14-ündə 1995-2001-ci illər arasında doğulanlar, yəni «Z nəsli» adlandırılanlar daha çox mühacirətin gerçəkləşməsini arzulayır. Ötən il seçicilərinin Avropa Birliyindən çıxmağa səs verdiyi Böyük Britaniya, Donald Trump-ın antiimmiqrasiya siyasəti hesabına prezident seçildiyi ABŞ da bu ölkələr sırasındadır.

Buna da bax-Avropalılar Azərbaycan barədə indi nə düşünür?

SAĞ MEYLLİLİK ARTSA DA...

Həmin gənclərin 43%-i düşünür ki, hökumətləri qaçqınlara az yardım edir. 12% isə daha çox iş görüldüyünü hesab edir.

Bu nəticələr elə bir dönəmdə ortaya çıxır ki, Böyük Britaniya və ABŞ-da siyasətdə sağmeyllilik güclənib. Həm onlarda, həm də Fransa və Almaniyada sağ partiyalar bu il keçiriləcək seçkilər öncəsi dəstək qazanmaqdadırlar.

Sorğu təkcə miqrasiya və qaçqın məsələlərini deyil, zehni sağlamlıq və gender bərabərliyi daxil olmaqla, bir sıra mövzuları əhatələyib. Üzə çıxan budur ki, bütün dünyada gənclərin 1/3-i – 74%-i transgender şəxslərin qeyri-transgenderlərlə bərabər hüquqlara yiyələnməli olduğunu düşünür.

Bir sıra ölkələrdə – Kanadada (83%), Yeni Zelandiyada (80%), Argentinada (80%) və Böyük Britaniyada (80%) bərabər hüquq tərəfdarlarının sayı yüksəkdir.

Buna da bax-Müsəlmanlar daha çox dünyanın harasında yaşayır?

NARAHATLIQLAR DA VAR

Dünya cavanları immiqrasiya və qaçqın hüquqlarıyla bağlı öz hökumətlərindən daha liberal mövqe tutsalar da, ekstremizm, münaqişə və müharibə qorxularını bölüşürlər. Rəyi soruşulanların 83%-dən çoxu deyib ki, gələcək sarıdan ən böyük əndişə ekstremizm və qlobal terrorçuluq, 81% isə konflikt və müharibələrlə bağlıdır.

Gənclərin 37%-dən çoxu inanır ki, dünyadakı durum getdikcə pisləşir, 20% isə əksini, yaxşılaşdığını hesab edir. Dünyada ən bədbin ölkə Fransadır, 53% işlərin yaxşı getmədiyini düşünür. Ən nikbin ölkənin isə Çin olduğu üzə çıxıb, 53% düzənin yaxşılaşdığını, yoluna düşdüyünü söyləyib.

Rəy sorğusu Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İsrail, İtaliya, Yaponiya, Yeni Zelandiya, Nigeriya, Rusiya, Cənubi Afrika, Cənubi Koreya, Türkiyə, Böyük Britaniya və Birləşmiş Ştatlarda keçirilib.

XS
SM
MD
LG