Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 12:20

Avropalılar Azərbaycan barədə indi nə düşünür?


"Analoqu olmayan quyu". Şerif. Karikatura.

Azərbaycanda fəaliyyət göstərən Avropa Birliyi (AB) ölkələrindən olan biznesmenlərin 20 faizə qədəri daha ölkəyə investisiya qoymaq istəmir. 40 faiz tərəddüd edir, 40 faiz isə ölkəyə yenidən investisiya qoymaq fikrindədir.

Bu barədə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının Azərbaycanda biznes mühiti haqda hesabatında yazılır.

Sorğu Azərbaycanda fəaliyyət göstərən 19 AB ölkəsini təmsil edən 300 şirkətdə aparılıb.

Buna da bax:​ İqtisadçının 'böhrandan çıxdıq' deyən prezidentə cavabı

Azərbaycan iqtisadiyyatı zəifdir

Hesabatda bildirilir ki, neftin qiymətinin enməsi və ölkənin gəlirlərinin azalması hökuməti islahatlara sövq edib. Ümid var ki, bu proseslər iqtisadiyyatın diversifikasiyası üzrə islahatları sürətləndirəcək.

Respondentlərin 81 faizi qeyd edib ki, ümumilikdə Azərbaycan iqtisadiyyatı zəifdir. Cəmi 35 faiz respondent deyib ki, onların çalışdıqları sektorlarda vəziyyət normaldır.

Buna da bax: Ekspert: 'Bilmirik ki, böhranın dibinə çatmışıq, yoxsa...'

Hesabatda qeyd olunur ki, biznes mühitinin yaxşılaşdırılmasından ötrü əsas vəzifə struktur islahatlarının aparılmasıdır. Ümumilikdə, respondentlər Azərbaycanda öz şirkətlərinin perspektivlərini yaxşı qiymətləndirmirlər. Şirkətlərin 60 faizi hesab edir ki, onların gəlirləri azalacaq.

Təhsilin keyfiyyətindən narazılıq

Hesabat müəllifləri qeyd edirlər ki, Azərbaycanda təhsil sistemində ciddi islahatlar aparılmalıdır. Respondentlər akademik və peşə təhsilinin keyfiyyəti ilə razı deyillər.

Onlar hesab edirlər ki, qeyri-çevik miqrasiya siyasəti xarici investisiyalara əngəl törədə bilər. Bu kontekstdə respondentlərin yarısı viza və işlə bağlı immiqrasiya siyasətindən narazıdır.

Buna da bax:​ Bakılı repetitor: 'Qazancımı direktorla bölüşdürürəm...'

Hesabatda bildirilir ki, neft şirkətləri qeyri-neft sektorundan olan şirkətlərlə müqayisədə özlərini iqtisadi siyasətdə daha əmin hiss edirlər. Respondentlərin yarısı hüquqi baxımdan qeyri-müəyyənlik və iqtisadi sabitliyin proqnozlaşdırılmasının səviyyəsindən narahatlığını bildirib.

Ümumilikdə onlar hesab edirlər ki, iqtisadi siyasət və institutların reytinqi aşağıdır.

Respondentlər şirkətlərin fəaliyyətinə təsir göstərən iqtisadi və siyasi şəraiti qiymətləndirərkən devalvasiya, bazarın qeyri-müəyyənliyi və bürokratiyanın üzərində dayanıblar.

Buna da bax: 'Əhalinin 30 faizi borc içində yaşayır'

Şirkətlərin 72 faizi qeyd edib ki, onların biznesinə ən çox devalvasiya təsir göstərir.

Korrupsiya, qeyri-qənaətbəxş vergi və gömrük nəzarəti...

Sorğu iştirakçılarının yarıdan çoxu deyib ki, korrupsiya və gömrük nəzarəti onların fəaliyyətinə mənfi təsir göstərir. Biznesin və investisiya mühitinin yaxşılaşdırılmasından ötrü korrupsiya aradan qaldırılmalıdır.

Buna da bax:​ Korrupsiya idarəsinin rəisi Əli Abbasovdan danışdı

Şirkətlər hesab edirlər ki, korrupsiya və cinayətkarlığın aradan qaldırılması ilə bağlı tədbirlər effektiv deyil. Korrupsiya ilə yanaşı vergi qoyuluşu sistemi və gömrük prosedurları da mənfi amil kimi göstərilib.

46 faiz respondent Azərbaycanda vergi siyasətini qənaətbəxş hesab etmir.

Suallara cavabda bildirilib ki, qarşıdakı iki il asan olmayacaq. Ancaq sahibkarlar inanırlar ki, islahatlar nəticəsində 3-5 ilə vəziyyət yaxşılaşacaq.

XS
SM
MD
LG