Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 21:18

Dövlət qulluğuna qəbulda test imtahanı olub


İllüstrasiya. (Shutterstock)

Fevralın 18-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçirib.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Sertifikatı əldə etməkdən ötrü nəticələr elan olunduqdan sonrakı 10 iş günü müddətində DİM-in portalında müraciət forması doldurulmalıdır.

Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə ali təhsil haqqında sənədin və əmək kitabçasının surətləri formaya əlavə edilir.

“Sertifikata malik olan şəxs nəzərdə tutulan vəzifə, habelə daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. ”, - məlumatda bildirilir.

DİM-dən verilən məlumata görə, imtahanada iştirak etmək məqsədi ilə BA qrupu üzrə 363, BB qrupu üzrə 1174, ümumilikdə isə 1537 namizəd qeydiyyatdan keçmişdi.

Xatırlatma

Ötən ildən Azərbaycanda DİM-in keçirdiyi bəzi imtahanlar ödənişlidir.Qiymətlər 10 manatdan 110 manata kimi dəyişir.Ali məktəblərə ilk dəfə sənəd verənlərdən ötrü isə imtahanlar ödənişsizdir.

Buna da bax: Yaxşı işə düzəlmək üçün nə lazımdır?

Yaxşı işə düzəlmək üçün nə lazımdır?
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG