Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 04:46

Doğrudanmı 9-cuların 90 faizi riyaziyyatdan '2' alıb?


Orta məktəb.

Bu il martın 5; 12 və 18-də orta məktəblərin 9-cu siniflərində buraxılış imtahanlarının birinci mərhələsi keçirilib. İmtahanlar ilk dəfə kurikulum standartları əsasında aparılıb və nəticələrin hələ mayda açıqlanacağı gözlənilir.

“Təhsil xidmətləri” Mərkəzinin rəhbəri Kamran Əsədovun sözlərinə görə, riyaziyyatdan imtahan verən şagirdlərin 90 faizi iki alıb. O, qurumun keçirdiyi sorğudan sonra bu nəticəyə gəlib. Sorğuya, azı, 200 şagird, 100-dən çox valideyn və bir o qədər də riyaziyyat müəllimi qatılıb.

Buna da bax:​ 'Təmayül siniflər repetitorluğu aradan qaldırmayacaq'

“Sorğuda iştirak edənlərin 90 faizdən çoxunun cavabına görə imtahanlarda nəticələr məhz mənfi və zəif həddə olub. Onların cavablarında deyilirdi ki, 9 ildə orta məktəbdə QSQ VƏ BSQ imtahanları qapalı test tapşırıqları ilə - variantlı cavablarla keçirilsə də, bu il buraxılış imtahanları ilk dəfə açıq test tapşırıqları şəklində aparılıb. Onlar ilk dəfə olaraq, açıq test tapşırıqları ilə üz-üzə gəliblər və... cavab yaza bilməyiblər. Etibarlı mənbə mənim keçirdiyim sorğudur”.

Kamran Əsədov
Kamran Əsədov

Kamran Əsədovun fikrincə, yaranmış durumda “günahkar” Dövlət İmtahan Mərkəzi deyil, orta məktəblər, onların direktorlarıdır. Mütəxəssisin sözlərinə görə, DİM bu imtahanı dövlətin 2009-cu ildə təsdiqlədiyi kurikulum əsasında keçirib, həmin standartlara görə orta məktəblərdə imtahanlar açıq test sualları əsasında aparılmalı idi. “Amma orta məktəb müəllimləri, əsasən, direktorlar özlərini əziyyətə salmadıqlarından, 9 ildə ənənəvi test tapşırıqları veriblər”.

Kamran Əsədov buna görə də məktəb direktorlarının işdən azad edilməli və son 9 ildə onlara ödənilən məvacibin geri alınmalı olduğunu düşünür.

Buna da bax:​ Qəbulda bəziləri imtahan pulu ödəməyəcək

Təhsil Nazirliyi “xəbərsizdir”

“Bizə belə bir məlumat daxil olmayıb”, - Təhsil Nazirliyi ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov AzadlıqRadiosu-na belə söyləyir. O, orta məktəbdə tədrisin zəif olması və 9-cuların əksəriyyətinin riyaziyyatdan iki alması haqda iddialara ümumi cavab verir: “İmtahan nəticələri ilə bağlı bizə müraciət etməyin. İmtahanların keçirilməsinə məsul olan qurum Dövlət İmtahan Mərkəzidir”.

Kamran Əsədov: 'Yaranmış durumda 'günahkar' məktəb direktorlarıdır'
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00
Direct-ə keçid

DİM: “Hazırda fikir söyləmək mümkün deyil”

Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə AzadlıqRadiosu-nun müraciətini yazılı cavablandırıb:

“Hal-hazırda nəticələrlə bağlı ümumi fikir söyləmək mümkün deyil və imtahan cavablarının yoxlanılması davam edir. İmtahanda istifadə olunan açıq tipli tapşırıqların və inşanın (essenin) yoxlanılması uzun müddət tələb etdiyindən, əvvəlcədən elan edildiyi kimi, imtahanın ikinci mərhələsi keçirilənədək nəticələrin açıqlanması nəzərdə tutulur. İmtahanın ikinci mərhələsi keçiriləndən sonra, nəticələr necə olmasa da, iştirakçıların topladığı ümumi bal (maksimal 100 bal toplama bilər) onların dövlət təhsil sənədinə (attestatına) yazılacaqdır”.

Buna da bax:​ DİM IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirib

Martda keçirilən imtahanın cavabları yubanır. Kamran Əsədov da bununla razılaşır. Ancaq onun fikrincə, birinci dəfə olduğundan, bu, bəlkə də normal sayılmalıdır. Yəqin, növbəti illərdə müddət qısaldılacaq.

Mühüm olansa şagirdlərin nəticələri və bütün hallarda bu sualın cavabıdır: 9-cuların hər 10 adamdan 9-u doğrudanmı riyaziyyatdan “2” alıb, yoxsa?..

Günün bütün mövzuları

XS
SM
MD
LG