Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 10:11
Pennsylvania Avenue küçəsi boyunca inaqurasiya paradı davam edib
Pennsylvania Avenue küçəsi boyunca inaqurasiya paradı davam edib

Donald Trump-ın andiçmə mərasimindən bütün xəbərlər canlı bloqda

Yanvarın 20-də Vaşinqtonda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-ın andiçmə mərasimi keçirilib.

20:33 20.1.2017

Andiçmə səhnəsində

Prezident seçilmiş Donald Trump-ın adı elan edilir.

Vise-prezident seçilmiş Mike Pence-in adı elan edilir və o da andiçmə səhnəsinə qalxır.

20:39 20.1.2017

Bunu bilirdinizmi?

1937-ci ildən bəri ABŞ vise-prezidentləri prezidentlərlə eyni mərasimdə and içirlər. Buna qədər mərasim Senat palatasında keçirilirdi. Əvvəlcə vise-prezident, sonra prezident seçilmiş şəxs and içir.

20:43 20.1.2017

Aksiyaçılarla polis arasında toqquşma

Andiçmə mərasiminin keçirildiyi əraziyə yaxın aksiyaçılar tüstü bombasından istifadə ediblər. Polislə qarşısurma olub.

20:45 20.1.2017

Aksiyaçılar qəzet köşklərini də dağıdıblar

Davamı

XS
SM
MD
LG