Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:49

Donald Trump-ın andiçmə mərasimindən bütün xəbərlər canlı bloqda


Pennsylvania Avenue küçəsi boyunca inaqurasiya paradı davam edib

Yanvarın 20-də Vaşinqtonda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-ın andiçmə mərasimi keçirilib.

01:47 21.1.2017

Nəhayət Ağ Evdə

Trump ailəsi Ağ Evə gəlir. İnaqurasiya paradı başa çatır.

01:33 21.1.2017

Bir az da piyada

Prezident Donald Trump və ailə üzvləri Ağ Evə gedən yol üstündə Ədliyyə Nazirliyinin qarşısında maşından çıxaraq azacıq gəzişiblər. Daha sonra maşın karvanı yenidən dayanıb və Trump ailəsi yolun bu hissəsini piyada qət edib.

01:28 21.1.2017

Anti-Putin plakatları

Vaşinqton küçələrindəki etirazlarda "Rusiya mövzulu" plakatlar da az deyil.

01:23 21.1.2017

Təbriklər, ümidlər…

Dünya liderləri ABŞ prezidenti Donald Trump-ı inaqurasiya münasibətilə təbrik ediblər.

Bir sıra Qərb liderləri öz təbrik mesajlarında ABŞ-la müştərək təhlükəsizliyin qorunması sahəsində əməkdaşlığın davam edəcəyinə ümid ifadə edirlər.

Britaniyanın baş naziri Theresa May “Financial Times” qəzetində dərc olunmuş müsahibədə deyib: “Düşünürəm ki, cənab Trump NATO-nın əhəmiyyətini və mühümlüyünü qəbul edir”.

O həmçinin ümid etdiyini bildirib ki, ABŞ və Avropanın kollektiv təhlükəsizlik əməkdaşlığı davam edəcək.

NATO-nun baş katibi Jens Stoltenberg Trump-ı təbrik edib və deyib ki, NATO həm Birləşmiş Ştatların, həm də Avropanın təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyır.

Rusiyanın baş naziri Dmitri Medvedev və xarici işlər naziri Sergey Lavrov deyiblər ki, Rusiya Trump administrasiyası ilə yaxşı münasibətlərə ümid edir. Onlar bildiriblər ki, Rusiya Vaşiqntonla münasibətlərin yaxşılaşdırılmasına hazırdır.

Roma papası Francis deyib ki, Trump etik dəyərlərdən öz hakimiyyətinin bələdçisi kimi istifadə etməlidir.

Davamı

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG