20:48
20.1.2017
Dualar səslənir
Xəbərlərdə deyilir ki, New Destiny Xristian Mərkəzinin pastoru Paula White dua edir. Bu, prezident andiçməsində dua oxuyan ilk qadın kilsə xadimidir.
20:54
20.1.2017
Andiçmə
Vise-prezident Mike Pence and içdi.
21:01
20.1.2017
Donald John Trump ABŞ prezidentidir
Prezident seçilmiş Donald Trump and içdi. Donald John Trump Amerika Birləşmiş Ştatlarının 45-ci prezidentidir.
21:05
20.1.2017
Hakimiyyət xalqa
Prezident Donald Trump çıxışına mərasimə qatılan keçmiş prezidentlərə və Amerika xalqına təşəkkürlə başladı.
O Barack və Michelle Obamalara xüsusi minnətdarlıq etdi.
“Bu sadəcə prezidentlərin, partiyaların dəyişməsi yox, hakimiyyətin Vaşinqtondan xalqa verilməsidir” – deyir Trump.