Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:40

'Oyunlar' bitdi, indi manatı nə gözləyir? [video]


Yeni devalivasiya gözlənilir?
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

Yeni devalivasiya gözlənilir? [A-Live]

Bu ilin sonuna manatı nə gözləyir? Milli valyutanın məzənnəsi üzüaşağı gedə bilərmi?

İctimai Təşəbbüslər Mərkəzinin sədri, iqtisadçı alim, Qubad İbadoğlu Dövlət Fondunun son açıqlamasını təhlil edib deyir ki, bəli, manat yenə çətin durumdadır.

Belə ki, Fondun son məlumatlarına görə, ötən aylarda, dollara tələbat və onun satışı müntəzəm olaraq artır.

Buna da bax:​ Neft Fondu bir aya 373 milyon dollar satıb

Bu ilin iyununda Fondun valyuta hərraclarında təqribən 370 milyon dollar satılıb, bu isə əvvəlki ayla (may) müqayisədə təqribən 30 faiz, aprellə müqayisədə 40 faiz çoxdur.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Qubad İbadoğlu deyir ki, bu da o deməkdir ki, valyutaya tələbat getdikcə artır. Onun sözlərinə görə, valyuta bazarında gərginlik gözlənilən idi:

"Yayda məzuniyyət dövrüdür, turizm şirkətləri ödənişlər edir, müəyyən istiqamətlərdə valyuta ilə əlavə xərclər yaranır, onu qarşılamaq üçün xərclərin artması gözlənilən idi. Avqust-sentyabr aylarında yeni dərs ilinin başlaması ilə bağlı valyutaya ehtiyac artır və valyuta bazarında gərginlik yaranır".

Amma manatın məzənnəsi son üç aydır ki, sabitdir - 1 manat 70 qəpik ətrafındadır.

Buna da bax: ‘Dollar yenidən 1 manat 90 qəpiyə yüksələ bilər’ [icmal]

Bitərəf millət vəkili Vahid Əhmədov manatın bu səviyyədə saxlanması iqtisadi aktivliyin azaldılması və manatın dövriyyəsinin sıxılması sayəsində mümkün olub.

Vahid Əhmədov
Vahid Əhmədov

Amma onun sözlərinə görə, bu durum uzun müddət davam edə bilməz- hökumət gec-tez «sabit manat, yoxsa iqtisadi canlanma» arasında seçim olacaq. Deputat düşünür ki, hökumət 2017-ci ilin sonuna kimi manatın indiki səviyyədə qalmasını təmin etməyə çalışacaq.

Buna da bax:​ Manat nəyin hesabına möhkəmlənib?

Qubad İbadoğlu isə hesab edir ki, manat ilin sonuna qədər tədriclə ucuzlaşacaq. Amma o, kəskin devalvasiyanın olacağını gözləmir.

Biz Bakı sakinlərindən soruşmuşuq ki, devalvasiyadan sonra nəyə az pul xərcləməyə başlamısız?

Devalvasiyadan sonra xərclərinizdə dəyişiklik varmı? [video-sorğu]
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00

Bəs manatın məzənnəsi barədə hökumətin proqnozu nədir? Bu barədə informasiya sorğumuza Mərkəzi Bankdan gün ərzində cavab ala bilmədik. Amma iyunun 22-də bu bankdan fins.az xəbər saytına bildiriblər ki, ilin sonuna qədər manatın məzənnəsində hər hansı əhəmiyyətli dəyişikliklər gözlənmir.

Son iki ildə Azərbaycan manatı iki dəfə devalvasiya ilə üzləşib, milli valyuta bir ABŞ dolları üçün 78 qəpikdən 1 manat 70 qəpiyə qədər ucuzlaşaraq 2 dəfədən çox dəyər itirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG