Keçid linkləri

2017, 18 Avqust, Cümə, Bakı vaxtı 03:13

‘Dollar yenidən 1 manat 90 qəpiyə yüksələ bilər’ [icmal]


"BTB" bankında valyuta kursları. 31 yanvar 2017.

Dövlət başçısı İlham Əliyevin Cocuq Mərcanlıda yaşayan yeganə ailəni mükafatlandırması, bəzi iş yerlərində əmək müqavilələrinin bağlanmaması və FED-in qərarının manata mümkün təsirləri bu gün (17 iyun, 2017-ci il) medianın aparıcı mövzusudur...

Əmək hüquqsuzluğu

Exo” qəzetində "İşəgötürənlər Azərbaycanda əmək müqavilələrini tanımaq istəmirlər" sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, Azərbaycan və digər inkişaf etməkdə olan ölkələrdə iş tapmağın çətin olmasından istifadə edən sahibkarlar Əmək Məcəlləsini pozurlar.

Buna da bax:​ 'Müqavilə tələb edəndə sabahdan işə gəlmə dedilər'

Yazıda vurğulanır ki, əməkçinin hüquqlarının əsas zəmanəti işəgötürənlə əməkçi arasında imzalanan müqavilədir. Bu müqavilə olmadıqda əmək hüquqlarının müdafiəsi sual altına düşür:

“Müqavilədə əməkçinin, eləcə də işəgötürənin öhdəlik kimi götürdüyü bütün müddəalar əksini tapır. Amma ölkədə heç də bütün işəgötürənlər əməkçi ilə müqavilə bağlamağa səy göstərmirlər. Baxmayaraq ki, bu qanunu tələbidir və müqavilə bağlanmaması aşkar olduğu halda sahibkarı cərimədən həbsə qədər bir çox cəza gözləyir”.

Arxiv fotosu
Arxiv fotosu

Azərbaycan Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov da əmək müqavilələrinin imzalanmamasını ən çox rast gəlinən hüquqi pozuntusu adlandırır:

Buna da bax: Ə.Həsənov: 'İnsan hüquqları gözlənilir'

“Rəsmi məlumatlara əsasən Azərbaycanda əhalinin 10 faizi qeyri-formal əmək bazarında təmsil edilir. Reallıqda isə bu rəqəm 60 faizdən yüksəkdir. Xatırladım ki, bu yaxınlarda əmək müqaviləsi imzalanması məcburiyyət xarakteri alıb. Əmək Məcəlləsinə dəyişikliklər edildi. Bu dəyişikliklərə əsasən əmək müqaviləsi olmadığı halda sahibkarları 1250 manat və daha yuxarı həcmdə cərimələr gözləyir”.

C. İsmayılov bildirir ki, üstəlik, belə hüquq pozmalar davam edərsə sahibkarı 7 ilə kimi həbs cəzası verilə bilər:

“Bəzi sahibkarlar üçün gündəlik işçiyə 10-20 manat ödəyərək onların qarşısında hər hansı öhdəliyi olmamaq daha sərfəlidir. Qeydiyyata aldığı halda sosial ödəmələr edilməlidir, istehsalat xəsarəti alarsa buna görə məsuliyyət daşımalıdırlar...”

Buna da bax:​ İş yerləri rəsmən artıb

FED-in qərarının manata mümkün təsirləri...

Yeni Müsavat” qəzetində dərc edilmiş “Manat ilin sonuna kimi ucuzlaşmayacaq” - sərlövhəli yazı diqqət çəkir.

Yazıda bildirilir ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini 0,75-dən 1-1,25-dək artırıb. Sonuncu dəfə FED martın 15-də uçot dərəcəsini illik 0,5-0,75 faiz səviyyəsindən 0,75-1 faizə kimi artırmışdı.

Deputat Vahid Əhmədov mövzu ilə bağlı bildirib ki, FED-in uçot dərəcəsini növbəti dəfə artırması Azərbaycana da təsirsiz ötüşməyəcək:

Vahid Əhmədov
Vahid Əhmədov

“FED bu addımı nə vaxt atıbsa, dünyada milli valyutalara öz təsirini göstərib”.

Buna da bax:​ Dollar hərracda 1.77 manatı keçdi

Qərarın Azərbaycana konkret təsirinə gəlincə, V.Əhmədov qeyd edib ki, bu birbaşa olmasa da maliyyə bazarında müəyyən qədər ajiotaj yarada bilər:

“Ola bilər ki, manatın məzənnəsində müəyyən dəyişiklik olsun. Amma, hələlik, milli valyutamız tələb-təklif əsasında maliyyə bazarında öz işini görür. İnanmıram ki, yaxın günlərdə FED-in qərarı manatın məzənnəsinə ciddi təsir göstərsin. 1-2 qəpik təsir göstərmək imkanı var. Amma FED uçot dərəcəsini artırmaqda davam edərsə, təbii ki, dünyanın digər valyutalarına olduğu kimi, manata da ciddi təsir göstərəcək”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirib ki, budəfəki faiz artımını bazarlar öncədən “həzm etmişdi”:

“Ancaq FED-in faiz artımından sonra verdiyi rəsmi bəyanatı daha ciddi proseslərin olmasından xəbər verir. FED növbəti 6 ayda faizlərin ən azı 1 dəfə yenidən artırılacağını bəyan etdi…".

Buna da bax:​ Dollara çatan valyuta yoxdur – hələlik

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda üzən məzənnə siyasətinə keçid elan olunsa da, məzənnə inzibati nəzarət altındadır: “Biz dünya birjalarında digər valyutaların saniyə-saniyə dəyişdiyinin şahidi oluruq. Manatla bağlı isə belə siyasət həyata keçirilmir. Həftə ərzində cəmi iki hərrac olur. Mərkəzi Bank da bu prosesə sərt nəzarət edir. Ona görə də, FED-in qərarının qısa müddətdə manatın məzənnəsində özünü büruzə verməsini gözləmək əbəsdir. İlin sonuna kimi kəskin devalvasiyanı gözləmək də yersizdir. Çünki Mərkəzi bank və hökumət kəskin devalvasiyaların iqtisadiyyata çox böyük zərbə vurduğunu görüb. Əsasən ilin sonuna yaxın, payız aylarında manatın yumşaq şəkildə dəyərdən düşməsini izləyə bilərik”

İqtisadçı hesab edir ki, dollar maksimum halda bu ilin sonunda yanvar ayında olduğu kimi 1.90-1.92 həddinə yüksələ bilər..

Buna da bax:​ Cocuq Mərcanlıya əlavə 9 milyon ayrılıb

Təmas xəttində mükafatlandırma

Azərbaycan” qəzetində “İlham Əliyev əslində cəbhə bölgəsində yaşayan bütün sakinləri mükafatlandırdı” sərlövhəli məqalə dərc edilib. Yazıda bu günlər prezident İlham Əliyevin 19 il əvvəl işğaldan azad edilən Cocuq Mərcanlı kəndinə səfərindən və kənd sakini Oktay Həziyevi mükafatlandırmasından bəhs edilir.

Prezident İ.Əliyev Cocuq Mərcanlı kəndində. 14 iyun 2017
Prezident İ.Əliyev Cocuq Mərcanlı kəndində. 14 iyun 2017

Yazıda bildirilir ki, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində indi tamam fərqli vəziyyət müşahidə olunur. Orada işğaldan sonra yaranan xarabalığı yeni abadlıq-quruculuq işləri əvəzləyib:

“Dövlət başçısının sərəncamına əsasən, təhlükəsizliyi təmin olunan Cocuq Mərcanlının bərpasına 4 milyon manat vəsait ayrıldı. Görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi həyata keçirilib”.

Buna da bax:​ İlham Əliyev: 'AXC-Müsavat cütlüyü torpaqlarımızı qoruya bilmədi'

Müəllif yazır ki, kəndin qəhrəman ailəsi isə Həziyevlərdir. Kənddə yaşamağın təhlükəli olmasına baxmayaraq, onlar 1994-cü ilin aprelindən yurdlarına pənah aparıblar.

Yazıda bildirilir ki, bu il iyunun 14-də prezident İ.Əliyev Cocuq Mərcanlı kəndində görülən işlərlə tanışlıq zamanı Həziyevlər ailəsinə də baş çəkib. Müəllif prezidentin bu ailə haqqında dediklərinə də yer verib: “Kəndi sizdən ayırmaq mümkün deyil, sizi də kənddən. Azərbaycanda dövlət ordenləri sırasına “Əmək” ordeni əlavə olunub. “Əmək” ordeninin 3 dərəcəsi var və bu ordeni təsis edərkən mən fikirləşirdim ki, birinci ordeni kimə verim. Amma çox fikirləşmədim və qərara gəldim ki, birinci ordeni Həziyev ailəsinin başçısı olan Oqtay Həziyevə verim. Sən buna layiqsən...”.

Günün bütün mövzuları

XS
SM
MD
LG