Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

'Dollardan ötrü Azərbaycan banklarına üz tutan İran vətəndaşları var'-media icmalı


Dollar
Dollar

Aqrar sektorda vəziyyət, ipoteka kreditlərinin restrukturizasiyası, İranda dolların bahalaşmasının Azərbaycana mümkün təsirləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

" İranın mümkün təsirləri... ”

“Müsavat. com” saytında “ Natiq Cəfərli: İran pulunun ucuzlşaması Azərbaycana da təsir edəcək” sərlövhəli yazı oxumaq olar.

Müllif son zamanlar İranda dolların bahalaşması və bunun Azərbaycana mümkün təsirlərini iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Yazının girişində ekspertlərə istinadən vurğulanır ki, İranın üzləşdiyi problemlər Azərbaycana da təsirsiz ötüşməyəcək.

Buna da bax: 'İranda dollarla yanaşı manat da bahalaşıb'

Ekspertlərin habelə qəzetə bildirmələrinə görə, artıq xəbərlər var ki, İran vətəndaşları dollar almaqdan ötrü Azərbaycandakı banklara üz tuturlar. Onların fikrincə, bu hal Azərbaycanda dollar qıtlığına və manatın devalvasiyasına yol aça bilər.

N.Cəfərli də qəzetə deyib ki, İran vətəndaşlarının Azərbaycanda daşınmaz əmlak və dollar almaları ilə bağlı xəbərlər çoxalıb:

“İranla bağlı sanksiyaların gərginləşməsi və artması gündəmdədir. Yaxın zamanlarda, hətta noyabr ayından sonra İrandan neft alan ölkələrə və şirkətlərə sanksiyaların tətbiq olunması başlaya bilər. Artıq bununla bağlı Amerika tərəfindən açıqlama olub”.

N.Cəfərli hesab edir ki, bu ölkəyə təzyiq gücləndikcə Azərbaycandan mənzil almaq istəyən iranlıların sayı arta bilər. Nəticədə bunun qiymətlərə təsiri qaçılmazdır.

N.Cəfərliyə görə, dollara tələbat kəskin artıdıqda çox ciddi bir problem ortaya çıxa bilər:

“80 milyonluq əhalidən söhbət gedir. Bu əhalinin hətta 5 faizi belə Azərbaycandan gəlib valyuta almağa cəhd edərsə, bu, təqribən 3-4 milyon insan deməkdir. 3-4 milyon insanın Azərbaycandan dollar almaq cəhdi isə böyük ajiotaja səbəb ola bilər. Nəticədə isə ölkədə dollara olan tələbat kəskin şəkildə çoxalar”.

Ekspertə görə, bu halda manatın məzənnəsini indiki inzibati müdaxilə ilə də sabit saxlamq çətin olacaq.

İpoteka kreditlərinin restrukturizasiyası

“Novoye Vremya” qəzetində “Xeyir xəbərin metafizikası:Kredit borcları üzrə borcların restrukturizasiyası kimə və nəyə lazımdır?” sərlövhəli yazı yer alır.

Yazıda qüvvədə olan “İpoteka kreditləşməsinin bəzi məsələləri” normativ aktına bu yaxınlardakı düzəlişlər müzakirə müstəvisinə çıxarılır. Müəllif bunu “ipoteka restrukturizasiyasının vətəndaşın köməyinə gəlməsi” kimi dəyərləndirir.

İpoteka, Rəşid Şərif (karikatura)
İpoteka, Rəşid Şərif (karikatura)

Restrukturizasiya kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi deməkdir:

“Sənəd kredit götürən şəxsin bu və ya digər əsaslı səbəb üzündən kredit müqaviləsindəki şərtlərlə borcu ödəmək imkanı olmadıqda krediti ödəmək üçün şərtləri daha əlverişli hala salır”.

Müəllif hesab edir ki, bu düzəlişlərin edilməsinin səbəbi var. Yazıda qeyd edilir ki, daşınmaz əmlak almaqdan ötrü kredit veriləndə kredit götürəndən uzun müddətli sabit maddi vəziyyətdə qalacağı təminatı tələb edilirdi. Borc verən bu zəmanətə mane olan məqamları nəzərə almırdı.

Buna da bax: İpoteka: Fərmanlar verilib, qalır icrası

Yazıda vurğulanır ki, düzəlişlərə əsasən restrukturizasiya heç də bütün kredit götürüənləri yox, ödəniş qabiliyyəti olmayan vətəndşların bir hissəsisni əhatə edir. Üstəlik, kreditlərə yenidən baxış müəyyən çərçivədə nəzərdə tutulur.

Müəllif qeyd edir ki, burada məsələnin mahiyyəti kredit üzrə ödənilmiş faizlərin həcmindən asılıdır. Yazıda vurğulanır ki, kreditin maksimum müddəti nəzərə alınmaqla ödəniş müddətinin uzadılması və müvəkkil bankın razılığı ilə bank komissiyası hesabına fazi dərəcəsinin azaldılması varinatı nəzərdə tutulur.

Yazıda bildirilir ki, düzəlişlərə görə, kredit götürənlərə bir ildən artıq olmamaqla ödənişləri dayandırmaq haqqı da tanınır.

Ekspert Əkrəm Həsənov isə qəzetə deyib ki, ipoteka kreditləri götürənlər barədə informasiya ictimaiyyətə çatdırılmır. Onun fikirincə, hesab etmək olar ki, hansısa biznesə uzün ümüddətli və ucuz kredit lazımdırsa ipoteka kreditlərindən kimlərsə yararlana bilər.

“Biz deyirik ki, cənablar öz saytınızda informasiya verin və sosial ipoteka adı ilə alınan sosial mənzillərdə kimlərin yaşadığı o zaman məlum olacaq”.

“Aqrar sektorda strateji islahatlar”

İmişli rayonu pambıq tarlasında iş, iyun 2018
İmişli rayonu pambıq tarlasında iş, iyun 2018

“Azərbaycan” qəzetində “Aqrar sektorda strateji islahatlar inkişafa köklənib” sərlövhəli yazı dərc edilib.

Dövlət başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi təsdiq edilmişdir. Sənəddə ən vacib məqamlardan biri kənd təsərrüfatına uzunmüddətli strateji baxışın ...

Müəllif yazıb ki, 2016-cı ilin sonunda təsdiq olunmuş Azərbaycanda kənd təsərrüfatı məhusllarının istehsalı və emalına dair Strateji Yol Xəritəsində ən vacib məqamlardan biri kənd təsərrüfatına uzunmüddətli strateji baxışın işlənilib hazırlanmasıdır.

Müəllif sənədə əsasən qeyd edib ki, 2020-ci ilə kimi ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı və emalının dayanıqlı inkişaf prinsiplərinə, ərzaq təhlükəsizliyinin təminatına, iqtisadiyyatın şaxələndirilməsinə, kənd yerlərində sosial rifahın yüksəlməsinə töhfə verən rəqabətqabiliyyətli əlverişli mühitin yaradılması əsas hədəfdir:

“Strateji Yol Xəritəsində dövlət yardımlarının effektivliyinin artırılması, bazarda rəqabətin daha da yaxşılaşdırılması və əlverişli biznes mühitinin formalaşdırılması önə çəkilir”.

Buna da bax: Saatlıda pambıq tarlasından yenə xəstəxanaya aparılanlar olub​

Yazıda daha sonra ölkədə aqroparkların yaradılmasından və kənd təsərrüfatına aid bəzi sahələrin inkişafından bəhs edilir. Yazının sonunda da oxuyuruq:

“Strateji Yol Xəritəsinin 2016-cı ilin sonunda təsdiq edilməsinə baxmayaraq, qazanılan nailiyyətlər onilliklərin uğuruna bərabərdir. Bu xəritədə qeyd edilmiş prioritetlər üzrə bəzi tədbirlərin əsas fazasının 2020-ci ildən sonrakı dövrdə həyata keçiriləcəyi nəzərdə tutulsa da, iki ilə yaxın müddət ərzində heyrət doğuran islahatlar həyata keçirilmişdir”

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG