Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:54

İpoteka: Fərmanlar verilib, qalır icrası


İpoteka krediti qaydalarında nələr dəyişir?
Gözlə

No media source currently available

0:00 0:14:44 0:00

İpoteka krediti qaydalarında nələr dəyişir?

Mayın əvvəlindən prezident İlham Əliyev ard-arda ipoteka ilə bağlı bir neçə fərman verib. Bu fərmanlar ipoteka krediti ilə ev almağı asanlaşdıra biləcəkmi?

ƏSAS PROBLEM İLKİN ÖDƏNİŞDİR

Jurnalist Məhəmməd Türkmən deyir ki, ipoteka krediti ilə ev almaq istəyir. Digəl ki, şərtlərin ağırlığı ucbatından heç ipoteka üçün müraciət belə edə bilmir:

“Məsələn, mən də, həyat yoldaşım da işləyirik. İkimiz də işləyirik, normal gəlirimiz var. İlkin ödəniş tələbi olmasa, biz rahatlıqla ipoteka krediti ilə ev ala bilərik. Yəni, digər xərclərə görə biz lazım olan ilkin ödənişi toplaya bilmirik. Bizim kimi də onlarla, yüzlərlə gənc ailələr var ki, aylıq krediti ödəməyə gəlirləri var. Amma ilkin ödəniş məbləğini toplaya bilmirlər”.

İLKİN ÖDƏNİŞİN BİR HİSSƏNİ FOND BORC VERƏ BİLƏR...

“MBA Konsaltinq” Daşınmaz Əmlak Şirkətinin rəhbəri Nüsrət İbrahimov deyir ki, yeni fərmanlarla bir çox problemlər həllini tapıb. Yeni fərmanda elə Məhəmməd Türkmən kimi ilkin ödənişi toplamaqda çətinlik çəkən ailələr də nəzərə alınıb.

“İlkin ödəniş problem idi. Xüsusilə də, hərçilərə ciddi problemlər yaradırdı. 20-30 min, bəzən də 40 min ilkin ödəniş toplaya bilmirdilər. Artıq bu problem öz həllini tapır. Müraciət əsasında ilkin ödənişin bir hissəsini Ipoteka və kredit zəmanət fondu öz üzərinə götürə biləcək. Yəni, vətəndaş müvafiq sənədlərlə fonda müraciət edir. Fond bu sənədləri yoxladıqdan sonra ilkin ödənişin bir hissəsini öz üzərinə götürür”.

Bununla yanaşı ilkin ödəniş məbləği də 5 faiz aşağı endirilib. İndi güzəştli ipoteka üzrə ilkin ödəniş 10, adi kreditlər üzrə 15 faiz olub.

DAHA NƏLƏR DƏYİŞİB?

Nüsrət İbrahimov daha bir önəmli dəyişiklik kimi aylıq ödənişlərlə bağlı qaydanı göstərir. Deyir ki, öncəki qaydalara görə, ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın aylıq gəlirinin 70 faizindən çox olmamalı idi. Yeni dəyişikliyə görə isə alınan mənzilin 40 faizini ödəyənlərə bu qayda şamil edilmir.

İpoteka qaydaları ilə bağlı daha bir önəmli dəyişiklik ödənişlərlə bağlıdır. Vətəndaşa kredit müddəti boyunca 3 dəfə ödəniş qrafikasını dəyişmək və ya krediti ödəyə bilmədiyini sübut edə bilsə, bir illik möhlət hüququ tanınır.

İllik faiz dərəcələri ilə bağlı da dəyişiklik var. Yeni fərmana əsasən, illik faiz dərəcələrinin yuxarı həddini İpoteka və kredit zəmanət fondunun Himayəçilik Şurası müəyyənləşdirəcək. Əvvəllər güzəştli ipotekanın illik faizi 4, adi ipoteka kreditlərində isə 8 faiz idi.

İPOTEKA SİYASƏTİ HƏLƏ DƏ İDEAL DEYİL

Sosial və İqtisadi İnkişaf Mərkəzinin eskperti Rəşad Həsənov deyir ki, indi konkret rəqəm yoxdur. Amma 6.5 faizlə də adi ipotekaların verilməsi halları var:

“Adi ipoteka kreditlərində faizlər müəyyən dərəcədə azalıb. Amma mən düşünürəm ki, Azərbaycanda mövcud şərtlər daxilində ipoteka kreditlərinin əlçatanlığı qaneedici deyil. İpoteka siyasəti heç də aztəminatlı sosial qrupun problemlərini həll edəcək bir mexanizm olaraq, təşəkkül tapa bilmir”.

Rəşad Həsənov Azərbaycanla Amerika və Avropa ölkələrini müqayisə edir. Deyir ki, bir çox ölkələrdə illik faizlər ortalama 3 faiz civarındadır. Azərbaycanda isə adi ipotekalar bundan azı iki dəfə çoxdur.

İPOTEKA KREDİTİ NEÇƏ FAİZ OLSUN?

Bəs, adi vətəndaşlar ipotekanı neçə faizlə olmasını istəyərdilər? Onlar AzadlqıRadiosunun videosorğusuna cavab veriblər:

İpoteka neçə faiz olsa, sizə sərf edər?
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

Bu da qeyd olunmalıdır ki, ipoteka krediti yalnız rəsmi sabit maaş alanlara verilir. Yeni qaydalarda bu da nəzərə alınıb. Beləki, evi olmayan kirayədə qalan ailələr İpoteka və Zəmanət Fonduna aid binalardan mənzil kirayələyə bilərlər.

Ödənilən kirayə məbləği mənzilin dəyərini çıxarırsa, o zaman onlar elə həmin mənzilin sahibi olurlar. Bununla da mülki məcəllədə 2000-ci ildən qəbul olunmuş sosial kirayə mənzillərlə bağlı qanun işlək olacaq.

Bu mənzillərin bazar qiymətindən 2 dəfəyə qədər aşağı olması gözlənilir. Ancaq ekspertlər bütün bu fərmanların icrasına başlanmasının bir qədər zaman alacağını gözləyirlər.

Prezident fərmanında müvafiq dövlət qurumlarına bu işlərə başlanmasına göstəriş verilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG