Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:27

'İranda dollarla yanaşı manat da bahalaşıb'


İranda bazardakı bahalaşmaya etirazlar 25 iyun 2018
İranda bazardakı bahalaşmaya etirazlar 25 iyun 2018

İrandan yenicə gələn, adının çəkilməsini istəməyən bir iş adamının deməsinə görə, bu ölkədə vəziyyət getdikcə ağırlaşır. O, buna səbəb kimi ABŞ-ın İrana sanksyalarını göstərir.

Həmin iş admı qeyd edir ki, İran Astarasında iyunun 25-də 1 ABŞ dolları 8300 tümənə yüksəlib, bəzi mağazalar bağlanıb ( 10 rial bir tüməndir-r).
O, vurğulayıb ki, İran pulu düşməkdə davam edir, son bir həftədə isə bu proses sürətlənib. Həmin iş adamı deyir ki, işini yarımçıq qoyaraq geri qayıdıb:

“Bir gündə İran Astarasında bir çox istehlak malların qiyməti yarıbayrı qalxdı. Əhalidə narazılıq var. Onlar deyir ki, hökmət bazarı tənzimləyə bilmir. Orada Azərbaycan manatı da qalxıb. İranda Rusiya rublunu pul kimi qəbul etmirlər. Ola bilər ki,Tehranda dəyişirlər. Amma İranın sərhəd ərazilərində yerləşən şəhərlərində dəyişmirlər. Heç kim riskə getmək istəmir. ”

Lənkəran və Astaranın qara bazarlarında hazırda 100 ABŞ dollarının alış qiyməti 169 manat 50 qəpik, satış qiyməti isə 170 manat 20 qəpikdir. Lənkəran bazarında pul dəyişməklə məşğul olan birisi deyir ki, ABŞ dolları da azalıb:

“Bu gün cəmi 100 dollar dəyişmişəm. Elə gün olub ki, 10 min dollardan çox alverim olub. Bizdə İran realı satılmır. Buna ehtiyac yoxdur. Çünki İrandan az adam gəlir. Rusiya rubulu da ölüb. Rubulu Rusiyada işləyənlər göndərir. İndi yaydır, gələcəklər istirahətə. Onda rubul artacaq. 1000 rus rubuluna 26 manat 30 qəpik verirlər. Halbuki, bir neçə ay əvvəl 1000 rubula 29-30 manat verirdilər. Manat rubula və reala nisbətən güclənib.”

Azərbaycan Milli Bankının məzənnəsinə görə, artıq nəçə aydır 1 dollar 1 manat 70 qəpiyə bərabərdir.

XS
SM
MD
LG