Noyabrın 18-də “Kəpəz” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının (MŞ) iclası keçirilib.
Bu barədə klub məlumat yayıb.
Məlumatda bildirilir ki, iclasda MŞ-nın sədri Elmir Vəliyev çıxış edib.
Daha sonra Topaz Premyer Liqasının sonuncu, 12-i turunda “Səbail” ilə doğma meydanda alınan məğlubiyyətdən sonra klub rəhbərliyinə istefa ərizəsini təqdim edən Şahin Diniyevin fəaliyyəti də müzakirə olunub.
“ Komandanın əvvəlki uğurlarına görə məşqçiyə təşəkkürünü bildirən Müşahidə Şurasının üzvləriistefanı qəbul ediblər. Komandanın yeni baş məşqçiyə tapşırılması üçün iki gün ərzində məsləhətləşmələr aparılacağı və bu haqda qərarın noyabrın 20-də veriləcəyi nəzərə çatdırılıb.” - məlumatda vurğulanıb.
Hazırda 12 turdan sonra Topaz Premyer Liqasında “Kəpəz” 7 xalla 12-ci yeri tutur. Turnir cədvəlinə 28 xalla Ağdamın ”Qarabağ” klubu başçılıq edir.
Buna da bax: Qurban Qurbanovu karyerasında 'daha ağır bir mərhələ' gözləyir