Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:31

Rusiyanın 'Eurovision'da iştirakı sual altındadır


İsveçdə Ukrayna təmsilçisi Jamala qalib gəlib. 14May2016
İsveçdə Ukrayna təmsilçisi Jamala qalib gəlib. 14May2016

Rusiyada bu il “Eurovision” (Avroviziya) mahnı müsabiqəsini boykot çağırışları səslənir. Hökumətyönlü deputatlar müsabiqənin builki ev sahibi Ukraynanı antirusiya ritorikasında suçlayırlar. Rusiyalı tanınmış müğənni isə ötənilki müsabiqədə birinci yerin sahibinin qələbəyə layiq olmadığını deyib.

TƏHLÜKƏSİZLİK ƏNDİŞƏSİ

Bu il “Eurovision” müsabiqəsinin Ukraynanın paytaxtı Kiyevdə keçirilməsi ucbatından siyasət Rusiyaya keçilməz əngəl yarada bilər.

Martın 13-də “Eurovision”da iştirak müraciətlərinin son tarixidir. Ancaq Rusiyanın müsabiqəyə kimi göndərəcəyi və ümumiyyətlə, iştirak edib-etməyəcəyi, hələ də, bəlli deyil.

Rusiyalı deputatlar Iosif KobzonVitaly Milonov, habelə rus estradasının pop kralı Filip Kirkorov müsabiqəni boykota çağırıblar. Kremlin özü rəsmi şəkildə belə çağırışlar etməsə də, Ukraynada rusiyalıların təhlükəsizliyindən narahatlığını bildirib.

Buna da bax:​ Niyə 'Eurovision' Ukraynada böhranla üzləşib?

Vitaly Milonov
Vitaly Milonov

2014-cü ildə Rusiyanın Krım yarımadasını ilhaqından sonra dövlət kanalları davamlı olaraq Ukraynada etnik rusların təqibi haqda qorxunc reportajlar verir. Kiyev və onun Qərb müttəfiqləri bunu qınayır və təbliğat sayırlar.

“İŞTİRAK YOLVERİLMƏZDİR”

Martın 7-də «Nezavisimaya qazeta» Rusiyanın mahnı müsabiqəsində iştirak ehtimalının «yüksək» olduğunu yazıb.

Martın 1-də özünün antigey kampaniyası ilə məşhurlaşmış deputat Vitaly Milonov dövlətə məxsus “Birinci kanal”ın direktoru Konstantin Ernsti müsabiqəyə Rusiyadan iştirakçı göndərməməyə və tədbirin yayımından imtinaya çağırıb.

Ukraynanı "dəhşətli antirusiya və rusofobiya siyasətində" suçlayan Milonov bildirib ki, Moskvanın bu müsabiqədə iştirakı yolverilməzdir. O, həmçinin Ukraynanı nasist Almaniyası ilə müqayisə edib.

Buna da bax: 'Eurovision'a 3 ay da qalmayıb, təşkilatçı komanda istefa verib

"Sovet vətəndaşlarının 1943-cü ildə "Reyxoviziya" müsabiqəsinə qatılmasını təsəvvür etmək qeyri-mümkündür!" – o deyib.

BOYKOT QƏRARI VERİLMƏYİB

O əlavə edib ki, rusiyalılar «indiki reallıqda xalqlarımız arasında mövcud bütün yaxşı şeyləri dağıtmaq arzusunda olan fanatiklərin ələ keçirdiyi dövlətdə arzuolunmaz qonaqlardır».

Elə həmin gün tanınmış estrada müğənnisi və parlamentin mədəniyyət komissiyasının sədri Iosif Kobzon Milonov-un bəyanatını dəstəkləyərək deyib ki, "Ukraynada rusofobluq eləməyə imkan verməmək üçün" beynəlxalq müsabiqədə iştirakdan imtina etmək gərəkdir.

Növbəti gün Kremlin mətbuat katibi Dmitry Peskov bildirib ki, müsabiqənin boykotu barədə qərar qəbul edilməyib. Ancaq o, "təhlükəsizlik və düşmən münasibətlə bağlı mümkün problemləri" nəzərə alaraq, deputatın narahatlığını əsassız saymır.

Buna da bax:​ Azərbaycanın 'Eurovision-2017' təmsilçisi bəlli oldu

Builki müsabiqədə Rusiyanı təmsil etməyə ən real namizəd sayılan Ukrayna əsilli müğənni Aleksandr Panayotov-sa martın 3-də bildirib ki, müsabiqədə iştirakını planlaşdırmır. O, müsabiqəni başqa ölkədə keçirməyi təklif edib.

«1944»dən HƏLƏ DƏ DANIŞIRLAR

Müğənni Jamala-nın ötən ilki müsabiqədə qalib gəlmiş «1944» adlı mahnısı Iosif Stalinin İkinci Dünya müharibəsi dövründə kütləvi şəkildə Orta Asiyaya sürgün etdiyi Krım tatarlarının xatirəsinə həsr olunmuşdu.

Rusiya isə bəyan edib ki, «1944»ün qələbəsi Rusiyanın Krıma nəzarəti ələ keçirməsinə “incə maskalanmış” hücumdur. Rusiya idda edir ki, tədbirin siyasiləşdirilməsini yasaqlayan qaydalar pozulub. Ötən ilin mayında rusiyalı deputat Frants Linkevich Rusiyanı “Eurovision”u boykot etməyə çağırıb.

Buna da bax:​ 'Eurovision'un keçiriləcəyi şəhər açıqlandı

Ötən ilki müsabiqədə Rusiyanı təmsil edərək üçüncü yeri tutan müğənni Sergey Lazarev-sə boykotdan imtinaya çağırıb. «Düşünürəm ki, növbəti dəfə ölkəmizin istedadlar, ifaçılar sarıdan daha güclü olduğunu, sonradan bütün Avropanın müzakirə edəcəyi, səs verəcəyi nömrə göstərə bildiyini sübut etmək lazımdır», – Lazarev deyib.

Filip Kirkorov.
Filip Kirkorov.

Ancaq müğənnilərin hamısı belə düşünmür. Ötən ay müğənni Filip Kirkorov «Komsomolskaya pravda»ya deyib ki, «ötən il baş verənlərdən sonra bu müsabiqəyə qatılmaqda heç bir məna» görmür. Kirkorovun sözlərinə görə, müsabiqə həddindən artıq "siyasiləşdirilib".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG