Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 03:34

'Eurovision'a 3 ay da qalmayıb, təşkilatçı komanda istefa verib


«Eurovision 2016»nın qalibi Jamala.

«Eurovision 2017» beynəlxalq mahnı yarışmasının keçirilməsinə cəmi 3 ay qalıb, yarışmanı təşkil edən komanda layihəni tərk etdiyini elan edib. Bu haqda BBC yazır.

Bu il müsabiqə Ukraynada keçirilməlidir. Ukraynanın 21 nəfərdən ibarət olan təşkilatçı komandası isə rəhbərlik dəyişəni, yəni dekabrdan bu yana işin getmədiyini, məsuliyyətlərdən uzaqlaşdırıldıqlarına görə şou ilə bağlı heç bir qərar verə bilmədiklərini, belə şəraitdə işləməyin mümkün olmadığını bildirib. Onların sözlərinə görə, işin böyük hissəsi hələ görülməyib, hətta minlərlə adamın yerləşdirilməli olduğu tamaşaçı zalını hazırlayacaq şirkət seçilməyib.

Yarışmanın əsasını qoyan Avropa Yayım Birliyi (EBU) isə Ukrayna ictimai yayımına problemi nə yolla olur, olsun yoluna qoymağı, Kiyevin müsabiqənin təyin olunduğu vaxta-- may ayına hazır olmasını tapşırıb. Biletlər artıq satılmağa başlayıb.

İstefaya gedənlər arasında builki şounun iki baş prodüseri də var. Yarışmanın təşkili isə hamıdan, eləcə də baş prodüserlərdən çox böyük məsuliyyət tələb edir.

BBC yazır ki, Ukraynada yarışmanın keçiriləcəyi şəhərlə bağlı qərarın verilməsi məsələsi 3 dəfə təxirə salınıb. Hətta son zamanlar mərasimin təşkilinin Rusiyaya ötürüləcəyi haqda söhbətlər gəzir.

'Eurovision-dan imtina etməliyik'- Ukraynanın maliyyə naziri
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

KİLSƏDƏ KONSERT?

Müsabiqənin açılış mərasiminin keçiriləcəyi yer haqda da qərar yoxdur. Əvvəlcə təşkilatçılar konsertin XVII əsrə aid Aya Sofya kompleksində baş tutmasını istəyiblər. Ukrayna Pravoslav Kilsəsi bunun «kafirlik» olduğunu bildirib.

Təşkilatçı komandanı narazı salan məsələlərdən biri şəffaflığın olmamasıdır. Qeyd edək ki, «Eurovision» mahnı müsabiqəsinin təşkili çox böyük vəsait hesabına başa gəlir. Hətta 2010-cu ildə Norveçin NRK yayım şirkəti dünya çempionatının təşkilindən imtina edibmiş, çünki eyni vaxtda həm də FIFA-ya ödəniş edə bilməyibmiş.

Bu yaxınlarda—Ukraynanın yarışmanın təşkiliylə bağlı maddi problemləri haqda məqalələr dərc olunandan sonra ölkənin Milli Televiziya və Radio Şirkətinin rəhbəri Zurab Alasania da istefaya gedib.

BBC yazır ki, əslində, EBU-nun yarışmanın baş tutmasını təmin etməyə həm maddi, həm də siyasi iradəsi çatır. Ancaq hazırda işin hansı yönü alacağı bəlli deyil.

«Eurovision» mahnı müsabiqəsi ikinci dəfədir Kiyevdə keçirilməlidir. Çünki keçənilki yarışmada ukraynalı ifaçı Jamala Krım tatarları haqda ifasıyla səslərin çoxunu qazanaraq qalib olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG