Keçid linkləri

2024, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 17:57

Türkiyə prezidentliyinə namizəd çekiqabağı çıxışını həbsxanadan etdi


Selahattin Demirtas.Foto arxiv
Selahattin Demirtas.Foto arxiv

Türkiyədəki kürdpərəst “Xalq Demokrat Partiyası” ndan (XDP) prezidentliyə namizəd Selahattin Demirtas seçkiqabağı kampaniya çərçivəsində saxlandığı həbsxanadan çıxış etməli olub.

Türkiyənin RTR dövlət televiziyası iyunun 17-də saxlandığı kameradan onun 10 dəqiqəlik çıxışını yayımlayıb.

Demirtaş, 2016-cı ilin noyabrından həbsdədir.Türkiyə hakimiyyəti Demirtaşı terrorçu PKK təşkilatı ilə bağlılıqda ittiham edir.

O, ittihamı rədd edir.

Demirtaş çıxışında seçiciləri prezident Racep Tayyp Erdoqanın təkhakimiyyətliyinə son qoymağa çağırıb, ölkədə hədə-qorxu ab-havası yaradıldığını və filmin ən dəhşətli hissəsinin hələ başlamadığını vurğulayıb.

Hakimiyyət onun XDP partiyasının Ankaradakı baş qərargahına getməsinə izn vermədiyinə görə Demirtaş çıxışını Ədirnə əyalətindəki həbsxanadan etməli olub.

“Ona görə həbsdəyəm ki, hakim “Ədalət və İnkişaf Partiyası” məndən qorxur, 45 yaşlı siyasətçi deyib.

Buna da bax:Türkiyə prezidentliyinə namizəd:"ABŞ və Avropa ilə münasibətləri düzəldəcəm".

İyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

Erdogan hakimiyyəti seçkini bir ildən də çox qabağa çəkib.

Seçkidən sonra Türkiyə parlament sistemindən prezident üsul-idarəsinə keçəcək və prezidentin səlahiyyətləri genişləndiriləcək.

Bununla bağlı Konstitusiyaya dəyişikliklər 2017-ci il 16 aprel referendumunda edilib.

Əsas müxalifət sayılan “Cümhuriyyət Xalq Partiyası”nın namizədi Muharrem İnce və “Yaxşı” partiyasının namizədi Meral Akşener Erdogana qarşı ciddi rəqibləridir hesab olunurlar.

Muharrem İnce
Muharrem İnce

Türkiyə prezidentliyi uğrunda hazırkı dövlət başçısı Receb Tayyib Erdoğan, Muharrem İnce , Meral Akşener, Səadət Partiyasından Temel Karamollaoğlu, Vətən Partiyasından Doğu Perinçek, Ədalət Partiyasından Vecdet Öz və Xalqların Demokratik Partiyasından Selaheddin Dəmirtaş mübarizə aparacaqlar.

Azərbaycanda yaşayan türk vətəndaşları artıq iyunun 17-də səs veriblər.

Buna da bax: "Azərbaycandakı Türkiyə vətəndaşları səs verir".

XS
SM
MD
LG