Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:39

Azərbaycandakı Türkiyə vətəndaşları səs verir


Səsvermə
Səsvermə

Bu gün, iyunun 17-də Azərbaycanda yaşayan Türkiyə vətəndaşları öz ölkələrində prezident və parlament seçkiləri məqsədi ilə səs verməyə başlayıblar.

Səsvermə yerli vaxtla səhər saat 09:00-da başlayıb və axşam 21:00-da bitməlidir.

AZƏRTAC-ın xəbərinə görə, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, Bakı üzrə 5209, Naxçıvanda 330, Gəncədə isə 207 nəfər seçici var. Səsvermə prosesi ilə bağlı Türkiyə səfirliyində 5 seçki qutusu qoyulub.

Diplomat bildirib ki, iyunun 17-də ikiqat bayramdır:

“Həm Ramazan bayramının son günüdür, həm də prezident və parlament seçkiləri üçün səsvermə keçirilir. Bu gün demokratiyanın, millətin öz iradəsinə sahib çıxdığını, azad seçim etdiyini göstərən bir gündür. Bu gün 60 ölkədəki 123 Türkiyə təmsilçiliyində səsvermə keçirilir”

E.Özoral qeyd edib ki, xarici ölkələrdə səsvermə prosesi seçkilərdən bir həftə əvvəl başlayır. Seçici sayı daha yüksək olan ölkələrdə proses 15 gün davam edir:
“ Məsələn, Almaniyada Türkiyə vətəndaşı çox olduğundan səsvermə prosesi iki həftə əvvəl başlayıb. Xarici ölkələrdə bu səsvermə prosesi iyunun 19-na qədər davam edəcək. Bu gün də burada səsvermə üçün lazımlı tədbirlər görülüb. İndiyə qədər səsvermə çox rahat keçirilir”, səfir vurğulayıb.

Xatırlatma

İyunun 24-də Türkiyədə seçkilərdir. Bu dəfə prezident və parlament seçkiləri bir yerdə keçirilir.

Türkiyə prezidentliyinə hazırkı dövlət başçısı Receb Tayyib Erdoğan, Cümhuriyyət Xalq Partiyasından Muharrem İnce , "İYİ Parti"dən Meral Akşener, Səadət Partiyasından Temel Karamollaoğlu, Vətən Partiyasından Doğu Perinçek, Ədalət Partiyasından Vecdet Öz və Xalqların Demokratik Partiyasından Selaheddin Dəmirtaş iddialıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG