Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Daha bir vaksin güclü immun reaksiyası verir, amma...


İllüstrativ foto
İllüstrativ foto

Johnson & Johnson şirkətinin COVID-19-a qarşı JNJ.N eksperimental vaksini yeni tip koronavirusa qarşı güclü immun reaksiyası verib.

Reuters agentliyi sentyabrın 25-də yazıb ki, sözü gedən vaksin hazırda sınaqların erkən-orta kliniki fazasından keçir.

Bu da xəbər verilir ki, güclü immunitetin yaranması üçün bu vaksinin bir dozası kifayət edir.

Bu vaksinə rəqib olan başqa vaksinlərin belə reaksiya yaratması üçün iki doza vurulması lazım gəlir.

Buna baxmayaraq vaksinin koronavirusa qarşı daha kövrək olan yaşlı adamlarda da güclü immun reaksiyası yaradıb-yaratmayacağı məlum deyil.

60 min könüllü

J&J vaksini ötən iyulda meymunlar üzərində sınaqdan keçirilərkən onun bir dozası immunitetin yaranması üçün kifayət etmişdi.

Bu vaksinin işlənməsi və maliyyələşdirilməsinə ABŞ hökuməti dəstək verir. Vaksin sınağının ilk mərhələsində 1000 sağlam könüllü iştirak edib.

Son nəticələr ümidverici olduqdan sonra J&J sentyabrın 23-də 60 min könüllünün iştirakilə daha geniş sınaqlara başlayıb.

Bu fazanın nəticələrindən asılı olaraq şirkət sözü gedən vaksinin qeydiyyatı üçün müraciət edə bilər.

Şirkət bildirib ki, o üçüncü və sonuncu faza sınaqlarının gələn ilin əvvəllərində başa çatacağını gözləyir.

29 gün sonra

Johnson & Johnson şirkətinin Janssen Pharmaceuticals bölümünün ekspertləri də daxil, tədqiqatçılar bildiriblər ki, aralıq nəticələr sözü gedən vaksinin iştirakçıların 98 faizində koronavirusa qarşı anticismlər yaratdığını göstərir.

Bu da bildirilir ki, anticismlər vaksin vurulduqdan 29 gün sonra yaranır.

Lakin Reuters yazır ki, vaksinə immun reaksiyası yaşı 65-dən çox olanların yalnız 15 nəfərində müşahidə olunub.

Bu a qeyd olunur ki, bu yaş kateqoriyasına daxil insanlarda vaksinin törətdiyi yan fəsadlar cavan iştirakçılardan nəzərəçarpacaq dərəcədə az olub.

Məsələn vaksin vurulduqdan sonra əzələ ağrısı yaşlıların 36 faizində qeydə alınıb, halbuki daha gənc yaşda olanlar üçün bu rəqəm 64 faiz idi.

Amma eyni zamanda yaşlılarda vaksinə immun reaksiyası cavanlarda olduğu qədər güclü olmaya bilər.

Məhz bu səbəbdən də alimlər bildirirlər ki, hər hansı vaksinin təsir və fəsadlarının aşkara çıxarılması üçün daha çox sayda insanın sınaqlarda iştirakı vacibdir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG