Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:07

İranla Rusiya birgə vaksin hazırlayacaq


Çində laboratoriyada iş gedir
Çində laboratoriyada iş gedir

İndiyədək Rusiya Hindistanla istehsal tərəfdaşlığı sazişi imzalayıb və bu ölkədə 300 milyon doza Sputnik-V vaksini hazırlanmalıdır

İranla Rusiyanın suveren sərvət fondu COVID-19-a qarşı birgə vaksin istehsalını müzakirə edirlər. Bu haqda Rusiyanın xəbər agentlikləri İranın Moskvadakı səfirinə istinadla xəbər yayıblar.

“Danışıq aparırıq. Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kiril Dmitriyevlə danışdım, rəsmilərimiz bir neçə raund konsultasiya aparıblar və əməkdaşlıq edəcəyimizi bildirdim”, – səfir Kazım Cəlali deyib.

İndiyədək Rusiya Hindistanla istehsal tərəfdaşlığı sazişi imzalayıb və bu ölkədə 300 milyon doza Sputnik-V vaksini hazırlanmalıdır. Braziliya daxil olmaqla bir sıra başqa ölkələrlə də belə tərəfdaşlıqlar müzakirə olunur.

DST Çini dəstəkləyir

Dünya Səhiyyə Təşkilatı (DST) isə Çinin eksperimental koronavirus vaksinlərini insan üzərində sınaqdan keçirməsinə dəstək verib. Bu haqda “Reuters” Çin rəsmisinə istinadla yazır. Hazırda ölkədə potensial vaksinlərin klinik sınaqları aparılır.

Milli Səhiyyə Komissiyasından Jenq Jonqvey deyib ki, Çinin Dövlət Şurası iyunun sonunda COVID-19 vaksindən fövqəladə istifadə proqramını təsdiqləyib. Çin fövqəladə proqramını iyulda işə salıb, iyunun sonunda DST ilə kommunikasiya yaradıb.

Yüzminlərlə risk qrupunda olan şəxsə vaksin vurulub, baxmayaraq ki, 3-cü sınaq mərhələsi onun effekt və təhlükəsizliyini tam təsbit etməyib.

DST-nin aparıcı alimi Sumya Svaminatan bu ay Cenevrədə deyirdi ki, milli orqanlar öz yurisdiksiyaları daxilində tibbi məhsullardan istifadəyə icazə verə bilərlər, amma bu, “müvəqqəti həll” yoludur. Onun sözlərinə görə, uzunmüddətli həll 3-cü mərhələnin tamamlanmasından keçir.

Pekin fövqəladə istifadə proqramının detallarını da tam açıqlamayıb.

Jenqin sözlərinə görə, Çin ilin sonunadək 610 milyon doza COVID-19 vaksini istehsal edə, 2021-ci ilin sonunadək bu göstərici 1 milyard dozaya çata bilər. O, vaksinin qiymətinin ictimaiyyətə əlçatan olacağını sözlərinə əlavə edib.

Cəmi 18.2 faiz evdən çıxmayıb

Britaniya əhalisinin 80 faizindən artığı COVID-19 simptomları olmasına baxmayaraq, özünütəcrid qaydalarına əməl etmirlər. “Reuters” bunu yeni araşdırmaya istinadla yazır.

Agentlik yazır ki, bu araşdırma İngiltərənin Test və İzləmə proqramının effektilə bağlı suallar yaradır. Üstəlik, Baş nazir Boris Conson yeni qadağalarla yoluxma sayını azaltmağa çalışır.

London Kral Kollecinin araşdırması üzə çıxarıb ki, son yeddi gün ərzində COVID-19 simptomları olanların yalnız 18.2 faizi evdən çıxmayıb və yalnız 11.9 faizi COVID-19 testindən keçmək üçün müraciət edib.

Virusa yoluxanla təmasda olanlara özünütəcrid tapşırılsa da, yalnız 10.9% 14 gün ərzində buna əməl edib.

Hökumət ötən həftə özünütəcrid qaydalarını pozanlar üçün 10 min funt (12 min 780 dollar) cərimə tətbiq etməyə başlayıb. Karantinə görə gəlirini itirən azmaaşlı fəhlələrə isə 500 funt sterlinq yardım təklif olunur.

Tədqiqatçılar maliyyə dəstəyinin qaydalara əməl olunmasına töhfə verəcəyini düşünürlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG