Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:20

Moskva meri evdən işləməyə çağırır


Sergey Sobyanin
Sergey Sobyanin

Bu ayın əvvəlində mer dövlət televiziyasında Moskvadakı şirkətlərə çağırış edərək işçilərindən çoxunu məsafədən işləməyə keçirməyə çağırmışdı

Moskva meri Sergey Sobyanin Rusiyanın aparıcı şirkətlərini bəzi işçilərin yenidən evdən işləməsinə şərait yaratmağa çağırır. Artıq ölkə üzrə COVID-19-a gündəlik yoluxma halları son üç ayın ən yüksək həddinə çatıb.

Sobyanin ölkənin ən böyük bankı sayılan Sberbank, dəyərinə görə ən böyük İT şirkəti Yandex və Rostex dövlət müdafiə holdinqinə məktublar göndərib.

Bu ayın əvvəlində mer dövlət televiziyasında Moskvadakı şirkətlərə çağırış edərək işçilərindən çoxunu məsafədən işləməyə keçirməyə çağırmışdı.

Rusiya və Avropanın ən böyük şəhəri olan Moskvada 13 milyon nəfərin yaşadığı bildirilir.

Sentyabrın 24-də paytaxt üzrə gündəlik yoluxmalar 1055-ə yüksəlib ki, bu da iyundan bəri ən yüksək göstəricidir, RBK portalı yazır.

Bu, sentyabrın ortasından 60 faizədək artım deməkdir. Moskvada xəstəxanaya yerləşdirmələr də çoxalıb.

Avropanın bir sıra ölkələrində də məktəblər və iqtisadiyyat açıldıqca yoluxmalarda artım müşahidə olunur.

Rusiya 1.1 milyon yoluxma ilə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdədir. 20 min ölüm halı ilə dünyada 12-cidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG