Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 15:11

Rio karnavalı vaksin tapılmayınca keçirilməyəcək


Arxiv fotosu
Arxiv fotosu

Braziliya virusu nəzarətə almağa çalışdıqca karnavalın ləğv olunacağı ilə bağlı spekulyasiya artırdı

Koronavirus pandemiyası ənənəvi illik tədbirlər siyahısına daha bir dəyişiklik edib. Hər il Braziliyanın Rio de Janeyro şəhərində keçirilən samba məktəblərinin karnavalı fevralda olmayacaq. Məlumatı Riounun Samba Məktəbləri Liqası LIESA yayıb. Karnavalın yeni tarixinin vaksinin tapılmasından asılı olduğu bildirilir.

“Tarix müəyyənləşdirmək üçün təhlükəsizlik şərtlərimiz yoxdur”, – LIESA prezidenti Jorje Kastanheyra jurnalistlərə deyib.

Dünyanın ən böyük karnavalı sayılan bu tədbir bir çoxları üçün gəlir mənbəyidir. Hər il Braziliya və dünyanın müxtəlif şəhərlərindən bu tədbirə milyonlarla turist axışır.

Braziliya virusu nəzarətə almağa çalışdıqca karnavalın ləğv olunacağı ilə bağlı spekulyasiya artırdı.

Avropa qadağalar tətbiq edir

İndiyədək Braziliyada COVID-19-a 4.7 milyon yoluxma, 140 minə yaxın ölüm halı qeydı alınıb və ölü sayına görə Birləşmiş Ştatlardan sonra ikinci yerdədir. ABŞ-da müvafiq rəqəm 202 mindən çoxdur.

Braziliyada virusun yayılması iyuldakı pik həddən azalıb, amma rəqəmlər yenə yüksək olaraq qalır. Son iki həftədə gündəlik ortalama 30 minə yaxın yoluxma, 700-dən artıq ölüm qeydə alınır.

Bu arada Avropa ölkələrindən Fransa, Britaniya və İspaniya pandemiyanı nəzarətə almaq üçün yeni qadağalar elan edib. Sentyabrın 24-də İspaniya, İsrail, Argentina və Hindistanda ən yüksək yoluxma sayı açıqlanıb.

“Reuters” sentyabrın 24-də ABŞ-da yoluxmaların 7 milyonu keçdiyini yazsa da, Cons Hopkins Universitetinin hesablamasında bu rəqəm 6 milyon 978 mindən çoxdur.

Orta-qərb ştatlarında yoluxmalar sürətlə artır. Ayovada son 24 saat ərzində 1300-dən çox yoluxmanın təsdiqləndiyi bildirilir. Onlarla tələbənin testi pozitiv çıxdığından karantinə alınıb, bir orta məktəbin dərslərə onlayn rejimə keçirilib.

Dünya üzrə 32 milyondan çox yoluxma qeydı alınıb, 983 minə yaxın xəstə vəfat edib.

XS
SM
MD
LG