Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 17:19

Bir gündə 19 şagird koronavirusa yoluxub


Məktəblər açıldı, şagirdlər necə qorunur?
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Məktəblər açıldı, şagirdlər necə qorunur?

Sentyabrın 24-də koronavirusa yoluxmuş şagirdlərin sayı 19, işçi heyətininki isə 3 nəfər olub.

Bu barədə məlumat Təhsil Nazirliyinin ümumtəhsil müəssisələrində COVID-19-la bağlı sentyabrın 24-də yaydığı açıqlamasında yer alıb .

Nazirlikdən verilən məlumata görə, bu gün, sentyabrın 24-də hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 94, işçi heyətinin sayı da 2-ni keçməyib.

3 sinifdə isə distant təhsilə keçildiyi bildirilib.

Ümumilikdə indiyə qədər distant təhsilə keçən siniflərin sayı 9, məktəb sayı isə 1 olub.

Nazirlik, 3 gün əvvəl, sentyabrın 21-də isə bildirmişdi ki, Quba rayonunda bir məktəbin 8 müəllimi koronavirusa yoluxub.

Nazirlik onda qeyd edirdi ki, dərs ili başlayandan (sentyabrın 15-dən) 95 şagird və 26 işçi heyəti olmaqla, 121 nəfərdə koronavirus aşkarlanıb.

Azərbaycanda ötən tədris ilində dərslər martın 3-dən dayanmışdı. Həmin təhsil ili onlayn tədrislə də yekunlaşdı. Bu il isə əyani dərslərə öz vaxtında (sentyabrın 15-də) yalnız ibtidai siniflər başlayıb. Onlar da həftədə 2-3 dəfə olmaqla. V-IX siniflərin əyani dərsləri (hazırda onlayn keçilir) oktyabrın 1-də, X-XI siniflərinki isə oktyabrın 15-dən başlamalıdır.

Gündəlik ümumi statistika

Azərbaycanda koronavirus infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı da sentyabrın 24-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1 nəfər də vəfat edib: "Azərbaycanda indiyədək ümumilikdə 39686 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37255 nəfər müalicə olunaraq sağalıb, 581 nəfər vəfat edib, aktiv xəstə sayı 1850 nəfərdir".

Qərargahdan açıqlamaya görə, ölkədə son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 min 618, hazırkı dövrədək isə 1 milyon 80 min 873 test aparılıb.

Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 32 milyon 134 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da 982 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Multimedia

XS
SM
MD
LG