Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:58

Qarabağda erməni əsgəri ölüb


arxiv foto
arxiv foto

Qondarma Dağlıq Qarabağ rejiminin Müdafiə Nazirliyi məlumat yayıb ki, aprelin 24-dən 25-nə keçən gecə Azərbaycan tərəfi atəşkəs rejimini 50 dəfə pozub, 800-dən çox atəş açılıb.

Məlumatda deyilir ki, aprelin 24-də 1997-ci il təvəllüdlü Narek Artutuyan həlak olub.

Azərbaycanın Müdafiə Nazirliyi isə aprelin 23-də məlumat yaymışdı ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 114 dəfə pozub.

Ermənistanın Noyemberyan, Berd, və Krasnoselsk rayonlarından Azərbaycanın Qazax, Tovuz və Gədəbəy rayonlarındakı mövqeləri atəşə tutulub.

Buna da bax:Prezident Avropa Birliyinin elçisini qəbul edib

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG