Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 18:15

Prezident Avropa Birliyinin elçisini qəbul edib


Herbert Salber

Bu gün, aprelin 19-da Azərbaycan prezidenti İlham Əliyev Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Salber-i qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə prezident İlham Əliyev bu ilin fevralında Belçikaya səfərini xatırladıb. Deyib ki, səfər zamanı Azərbaycan ilə Avropa Birliyi arasında yeni sazişlə bağlı danışıqlara start verilib. O vurğulayıb ki, tərəflər arasında sazişlə bağlı ümumi anlaşma mövcuddur. İşlərin yekunlaşması danışıqlar prosesinin gedişindən asılı olacaq.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi, təmas xəttində vəziyyət, münaqişənin həlli ilə bağlı gedən danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Herbert Salber-in Azərbaycanda görüşlərinin iki gün davam edəcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG