Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 15:51

Dağlıq Qarabağda daha 1 erməni əsgəri ölüb


Foto arxiv

Fevralın 17-də Dağlıq Qarabağda daha 1 erməni əsgəri ölüb.

20 yaşlı əsgər Garegin Argamanyanın qazdan zəhərlənərək öldüyü bildirilir.

Bu barədə separatçı Dağlıq Qarabağ rejimindəki hərbi mənbə məlumat yayıb.

Qeyd edək ki, Ermənistanın müdafiə nazirliyi son vaxtlar Dağlıq Qarabağda vaxtaşırı əsgər ölümü ilə bağlı məlumatlar yayır.

Nazirlik bu itkilərin bir qismində Azərbaycan tərəfini günahlandırır, bəzi ölüm hallarınınsa silahla ehtiyatsız davranma nəticəsində və ya nəmalum şəraitdə baş verdiyini bildirir.

Bundan bir gün əvvəl Azərbaycan-Ermənistan sərhədindəki Çinari kəndi yaxınlığında (Azərbaycanın Tovuz rayonu istiqamətində) keçirilən monitorinq keçirilib.

Monitorinq zamanı elə bir insident baş verməyib.

Qeyd edək ki, yeni il ərəfəsində həmin ərazidə silahlı toqquşma olmuş və hər iki tərəfdən ölən və yaralananlar olduşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG