Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 12:38

Clinton Britaniyanın ‘Rusiya hesabatını’ açıqlamamasını pisləyir


Hillary Clinton
Hillary Clinton

Hillary Clinton Britaniya hökumətinin Rusiyanın bu ölkədəki siyasətə təsiri barədə hesabatı açıqlamamaq qərarını “anlaşılmaz və utancverici” adlandırıb.

2016-cı ilin ABŞ prezident seçkisində Trump-ın rəqibi olmuş Clinton noyabrın 12-də BBC-yə deyib ki, ictimaiyyət Britaniyada keçiriləcək 12 dekabr seçkisindən əvvəl parlamentin Kəşfiyyat və Təhlükəsizlik Komitəsinin hesabatı ilə tanış olmaq haqqına malikdir:

"Mən hökumətin bu hesabatı açıqlamamaq qərarına mat qalmışam…çünki bu ölkədəki hər bir kəs hesabatı seçkiyə getməzdən əvvəl görmək haqqına malikdir. Rusiyanın, xüsusilə də Qərb demokratiyalarında siyasəti formalaşdırmaq niyyətində olduğuna şübhə yoxdur. Əlbəttə bizim yox, öz xeyrinə”.

Britaniya xüsusi xidmətləri sözü gedən hesabatın ictimaiyyətə açqılanmasına xeyir-dua versə də, baş nazir Boris Johnson-un ofisi sənədin məxfi saxlanması barədə qərarında israrlıdır.

Hökumət bildirir ki, hesabatın milli təhlükəsizlik mülahizələri ilə təhlil edilməsi üçün daha çox vaxt lazımdır.

Tənqidçilər isə deyirlər ki, hesabatın açıqlanmamasına səbəb onun Johnson-un Mühafizəkar Partiyası üçün rüsvayçı ola biləcəyi ehtimalıdır.

Hakim partiya qarşıdan gələn seçkidə mütləq qələbə qazanmağa çalışır, çünki bu halda Boris Johnson Britaniyanı Avropa İttifaqından maneəsiz çıxara biləcək.

Ötən apreldə ABŞ xüsusi prokuroru Robert Mueller tərəfindən açıqlanmış hesabatda Rusiyanın 2016-cı il ABŞ seçkisinə Donald Trump-ın xeyrinə və Hillary Clinton-un ziyanına müdaxdilə etdiyi bildirilirdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG