Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:38

London referenduma ‘Rusiya müdaxiləsi’ ilə bağlı Facebook-u sanksiyalarla hədələyir


Facebook və Twitter sosial media nəhənglərinə Britaniyada 2016-cı ildə keçirilmiş Avropa İttifaqı referendumuna Rusiyanın mümkün müdaxiləsinə dair bütün informasiyanın Londona təqdim olunması üçün yanvarın 18-dək vaxt verilib.

Britaniya parlamenti mədəniyyət və media komitəsinin sədri Damian Collins dekabrın 29-da deyib ki, Facebook-a bu barədə sorğunun bir ay bundan əvvəl göndərilməsinə baxmayaraq ondan hələ də cavab alınmayıb.

Millət vəkili deyib ki, Twitter-dən də eyni tipli araşdırmanın aparılması tələb olunmuşdu.

Collins deyib ki, Britaniya parlamentinin sorğusuna cavab verilməzsə, habelə bu platformalarda informasiyaya nəzarət təmin olunmazsa, Facebook və Twitter-ə qarşı sanksiyalar qoyula bilər.

Collins bundan əvvəl Facebook-dan Rusiyaya bağlı hesablardan ödənmiş reklam və səhifələrin, habelə onların Brexit səsverməsinə mümkün müdaxiləsinin araşdırılmasını rica etmişdi.

Britaniyada 2016-cı il, iyunun 23-də keçirilmiş referendumda cüzi səs çoxluğu ilə ölkənin Avropa İttifaqından çıxmasını istəyənlər qalib gəliblər.

Təhlilçilər bildirilər ki, Avropa İttifaqına dair referenduma Sankt Peterburqda yerləşən İnternet Araşdırmaları Mərkəzindən və ya sadə dildə “troll fabrikindən” müdaxilə edilə bilərdi.

Onların fikrincə Rusiyaya bağlı hesablardan göndərilmiş postlar həssas mövzularda britaniyalılar arasında ixtilaf yaratmalı idi.

Facebook və Twitter Collins-in qeydləri ilə bağlı heç bir şərh verməyiblər, lakin Facebook millət vəkili ilə əməkdaşlıq etmədiyinə dair iddiaları təkzib edib və bildirib ki, bu məsələyə “çox ciddi” yanaşılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG